1. Ağılamaq, zəhərlə təsir etmək, zəhər vermək, zəhər içirmək, zəhər verib öldürmək, zəhərli maddələrlə öldürmək, qırmaq. □ Qazla zəhərləmək.
2. Məcazi mənada: acı, zəhərli söz deyərək, qəlbini incitmək, son dərəcə kədərləndirmək, acılamaq.
3. Zəhər və ya zəhərli maddə qatmaq. □ Havanı zəhərləmək.
4. Zəhər və yaxud zəhərli maddənin təsiri ilə xəstələndirmək, xəstələnməsinə, pozulmasına, xarab olmasına səbəb olmaq. □ İçki ilə bədənini zəhərləmək.
5. Məcazi mənada: korlamaq, xarab etmək, pozmaq, çox pis təsiretmək. □ Kefini yaman zəhərlədilər.
1. Tərkibində zəhər maddəsi olan, zəhər qatılmış, zəhər vurulmuş, zəhərləndirici, ağılı. □ Zəhərli qaz.
2. Məcazi mənada: acı, toxunan, sancan, qanqaraldan, kinli, istehzalı. □ Zəhərli söz.
3. Məcazi mənada: acı, acılayıcı. □ Həftələr, aylar keçir axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. (R.Rza).
1. Zəhləsini aparmaq (tökmək) – təngə gətirmək, bezikdirmək,usandırmaq. □ Balaca uşaqların səsi-küyü adamın zəhləsini aparır. (C.Məmmədquluzadə).
2. Zəhləsi qaçmaq (getmək) – görməyə gözü olmamaq, acığı gəlmək, sevməmək, nifrət etmək. □ İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər. (Atalar sözü).
Həmçinin bax: