Yaxşı zehni, yaddaşı, hafizəsi, istedadı olan; dərrakəli, istedadlı. □ Zehinli tələbə.
Yaxşı zehni, hafizəsi, istedadı olma.
Zehni olmayan, qavrayış qabiliyyəti zəif olan; key, küt.
1. Zehinsiz adamın halı; hafizəsizlik, istedadsızlıq; keylik, kütlük. 2. Hafizəsizlik, xatirdə saxlaya bilməmə.
Zehi olan, kənarında haşiyəsi olan. □ Zehli kitab.
Zehin, ağıl, beyinlə əlaqədar olan. □ Zehni əmək.
Açıq düşüncəli, aydın fikirli, tez anlayan, çox dərrakəli. □ Zehniaçıq adam.
Düşüncəlilik, dərrakəlilik, tez anlama.
İnsanın öz zehninə görə həyat və varlıq haqqında fikirləri, dünyagörüşü. □ ..Bir az ruhumuzu və zehniyyətimizi də dəyişmək lazım gələcəkdir. (S.Hüseyn).
Tarix. İnqilabdan qabaqkı Rusiyada tərkibi əsasən zadəgan-burjua nümayəndələrindən ibarət olan məhdud hüquqlu yerli idarə. □ Zemstvo idarələri.
Tarix. Zərdüştilərin dini kitabı olan “Avesta”nın pəhləvi dilinə tərcüməsi. □ ..İlk əvvəl "Zend” oxumağa başladım. (Y.V.Çəmənzəminli).
Hərb. Zenit topçusu, təyyarə vuran topçu. □ Zenitçilərimiz düşmən təyyarələrini vurub saldılar.
1. Silindrik deşiklərin giriş hissələrini, fasonlu sahələrini təmiz emal etmək üçün istifadə olunan alət. 2. Feil kimi: zenkerləmək.
Sıfırda qalan, xalı olmayan; sıfır.
Dialekt. Quyunu uçub dağılmaqdan qorumaq üçün onun divarlarına və ağzına hörülən daş və ya kərpic hörgü.