1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. □ Qar yağmaq. Dolu yağmaq. Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş. (Atalar sözü). Dəli dəliyə qoşulsa, göydən dəyənək yağar. (Atalar sözü).
2. Çox miqdarda, arası kəsilmədən tökülmək. □ Külək başımıza torpaq yağdırırdı.
3. Məcazi mənada: bir şeyin çoxluğunu, şiddətini, davamlılığını bildirir, bir şeyin bolluğunu bildirir. □ Bərəkət yağmaq. Göydən yerə zülm yağır; Çörək baha, vergi ağır. (S.Vurğun).
4. Məcazi mənada: bir şeyi ifadə etmək. □ Onun üzündən biclik yağır. Sifətindən nur yağır.
Həmçinin bax:
1. Yağışlıq, yağışlı hava. □ Bu il çox yağmurluqdur.
2. Yağmurdan (yağışdan) qorunmaq üçün geyim; plaş. □ ...evə gəlib silahlandı. Yağmurluğunu aldı. (Ə.Əbülhəsən).
3. Yağış sularının evin divarlarına axıb tökülməməsi üçün damın bir az kənara – aşağıya uzanan hissəsi.
Azərbaycan dilinin izahlı lüğəti