1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. □ Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək.
2. İsim kimi: qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar adam. □ Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! Faydasız qohumdan faydalı yad yaxşıdır. (Atalar sözü).
3. Öz vətəni, yeri olmayan; yabançı. □ Yad şəhər.
4. Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. □ Bizə yad görüşlər.
5. Məcazi mənada: düşmən mənasında. □ Sirrini yada verən namərddir.
Bax: yaddaş.
Həmçinin bax:
Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. □ Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. Yalançının yaddaşı olmaz. (Atalar sözü).
Həmçinin bax:
1. Xatirə olaraq verilən, saxlanılan, yaxud qalan şey. □ Bu kitab sənə bizdən yadigar olsun.
2. Hər hansı bir hadisəni, işi, adamı və s.-ni xatırladacaq, yaxud yada salmaq üçün vasitə olacaq şey. □ Bu bizə atamızdan yadiğardı.
3. Məcazi mənada: qalıq, nümunə. Keçmiş dövrlərin yadigarı.
Azərbaycan dilinin izahlı lüğəti