1. İqtisadiyyat. Sonradan sənayedə müxtəlif şeylər emal edilmək üçün yerdən çıxarılan və ya istehsal edilən material. □ Sənaye üçün xammal.
2. Məcazi mənada: yerdən çıxarılan və ya istehsal edilən material. □ .. Beyinləri xammal kimi daşıyırlar; Qalaq-qalaq. (B.Vahabzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Tarix. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. □ Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. (S.Ə.Şirvani).
2. Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. □ Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. (“Koroğlu”).
3. Məcazi mənada: ağa, hökmran. □ Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. (Q.Zakir).
4. Arxaizm. Aşıq-aşıq oyununda: başçı, hakim. □ Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. (H.Sarabski).
5. Məcazi mənada: obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə. □ Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. (Q.Zakir).
Qeyd: ... xan. Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi kimi; Muradxan, Səlimxan və s.
Həmçinin bax:
1. Xırda dördbucaqlara bölünmüş bir şeyin qisimlərindən hər biri; dama, kvadrat, göz, bölgü. □ Şahmat taxtasının xanaları.
2. Əllə xalça, palaz və s. toxumaq üçün yerdə qurulan dəzgah; xana. □ Xana qurub xalça toxumaq.
3. Başqa isimlərə qoşularaq mürəkkəb isimlər əmələ gətirir. □ Kitabxana, qiraətxana, hamamxana.