1. Klassik ədəbiyyatda yaxşı, gözəl, xoş mənalarında işlənmişdir. □ Xub günlər.
2. Zərf kimi: yaxşı. □ Gümüş kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdi. (Aşıq Ələsgər).
3. Zərf kimi: yaxşıca, bərk, əməlli-başlı. □ Xub yeyib-içdilər.
4. Məcazi mənada: gözəl, dilbər. □ Vaqif səni sevdi xublar içində; Bir taza qonçasan gülzar içində. (M.P.Vaqif).
5. "Yaxşı”, “razıyam” mənasında (razılıq bildirir). □ Xub, Şah Abbas o vəqtdə padşah idi. Hökmü bizə rəvan idi. (M.F.Axundzadə).
1. Klassik ədəbiyyatda Allah, Tanrı mənalarında işlənmişdir.
2. Nida kimi: ay Allah! ey Tanrı! (Allah xitab) mənalarında xudəvanda, xudaya-xudəvanda şəklində işlənmişdir. □ Xudaya-xudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı? (Y.V.Çəmənzəminli).