Kefi açılmaq, ürəyi açılmaq, şadlanmaq, sevinmək. □ Sevincindən xoşhallanmaq.
Məmnunluq, sevinc, fərəh, ürəyi açılma.
Çox şad halda, razılıq, məmnunluq hissilə, məmnunluqla. □ Xoşhallıqla ayrılmaq.
Bax: xoşxasiyyətli.
Xoş, yumşaq, mülayim, yaxşı xasiyyəti olan. □ Xoşxasiyyət adam.
Xoşxasiyyət adamın təbiəti, xasiyyəti; yumşaqlıq, mülayimlik.
Bax: xətərsiz.
Xoşxatir olmaq – xoşnud olmaq, məmnun olmaq, razı qalmaq, ürəkdən şad olmaq. □ Dost yanında xoşxatir olmaq.
Bax: xeyirxəbər.
Yaxşı, gözəl xətti olan.
Bax: xoştəbiətli.
Şirindilli, xoşsöhbət, dilişirin. □ Əzziyəm, salam səni; Gördüm xoşkəlam səni. Əttar malı deyilsən; Pul tökəm, alam səni. (Bayatı).
Bax: xoşqamətli.
Gözəl boy-buxunu, qədd-qaməti, sərrast bədəni olan; boy-buxunlu. □ Xoşqamətli qız.
Bax: xoşqədəmli.