1. Həcmcə, ölçücə, boyca kiçik, balaca. □ Xırda boy.
2. Addım haqqında. □ Xırda addımlarla yerimək.
3. Yaşca kiçik, balaca. □ Xırda qız.
4. Məcazi mənada: o qədər də əhəmiyyəti olmayan, diqqəti cəlb etməyən, ikincidərəcəli, cüzi. □ Xırda hisslərlə yaşamaq.
5. Maddi imkanları az olan, iqtisadi cəhətcə zəif. □ Xırda mülkiyyətçi.
6. Yüksək, ictimai və ya xidməti vəzifə tutmayan. □ Xırda məmur.
7. Yüngülvarı, cüzi. □ Xırda alver.
8. İsim kimi: xırda pul (metal ağ və ya qara pul). □ Zahidoğlu əlini uzadıb xırdanı götürdü və yavaşca cibinə atdı. (S.Rəhimov).
1. Çox xırda və ya bir qədər xırda; kiçikcə. □ Xırdaca təpə.
2. Azyaşlı, kiçik, balaca. □ Xırdaca uşaq.
3. Cılız, balaca, nəzəri cəlb etməyən. □ Xırdaca işlər.
4. Məcazi mənada: nərmənazik, incə, zərif. □ Naz ilə gəldin otağa; Leyli nişan, xırdaca qız! (Aşıq Əsəd).