1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. □ Xəstə qadın.
2. İsim kimi: azarlı, naxoş olan adam. □ Xəstənin halı yaxşılaşırdı.
3. Məcazi mənada: şairanə təşbehlərdə dərdli, qayğılı, mənən üzgün. □ Könlüm xəstədir sən gedəndən.
4. Məcazi mənada: sönük, zəif, cılız, ölgün. □ Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. (S.Hüseyn).
5. Məcazi mənada: bir şeyə həddindən artıq meyil edən, aludə olan; aludə, mübtəla, düşkün. □ Futbol xəstəsi.
6. Məcazi mənada: klassik ədəbiyyatda yazıq, zavallı, aciz, fağır, bimar mənalarında işlənmişdir. □ Vidadi xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. (M.V.Vidadi).
Həmçinin bax: