Arxaizm. Sarıqlı əfəndi, molla, seyid. □ Ey xacə, çalış surəti-zahirdə qəşəng ol! İstərsən özün surəti-mənada cəfəng ol! (M.Ə.Sabir).
Axtalanmaq, axta. □ Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülürdülər. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğətiBotanika. Ləçəkləri xaç şəklində olan bitkilər fəsiləsi. □ Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü, şəbbugülü kimi bəzək bitkiləri daxildir. (H.Qədirov).
Azərbaycan dilinin izahlı lüğəti