1. Qohumluq, ya vərəsəlik hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini əvəz edən hökmdarlar sülaləsi. □ O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. (M.S.Ordubadi).
2. Məcazi mənada: bir yerdə yaşayan böyük ailə, nəsil; xaniman. □ Artıq bu xanədanın dağılacağını bildirən zəlzələnin əlamətləri hiss edilməkdədir. (M.İbrahimov).
1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. □ Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. (Aşıq Ələsgər).
2. Tanış olmayan qadına hörmətlə müraciət. □ Buyurun,xanım.
3. Hörmət üçün qadın adlarına əlavə edilir. □ Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. (M.S.Ordubadi).
4. Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. □ Çox xanım adamdır.
5. Qadın, arvad, zövcə. □ Öz xanımı ilə qonaq getmək.
Qeyd: ... xanım. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi. Məsələn: Minəxanım, Bəyimxanım, Balacaxanım, Böyükxanım və s.
Həmçinin bax: