Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xabanera [xabanera] isim isp. khabaneria – oynaq ritm

İspandilli ölkələrdə geniş yayılmış Kuba xalq rəqsi. □ Xabanera oynamaq.

Azərbaycan dilinin izahlı lüğəti

xakas [xak'as] isim türkcə

Türk xalqlarından birinin adı və həmin xalqa mənsub olan adam. □ Xakaslar yaşayan ərazi.

Azərbaycan dilinin izahlı lüğəti

xaki [xaki] sifət hind. khaki – torpaq, çirk rəngi

Əsasən, hərbi geyimdə istifadə olunan torpaq rəngi. □ Xaki paltar.

Azərbaycan dilinin izahlı lüğəti

xaniman [xa:niman] isim fars. – ev

Ev-eşik, ata yurdu, ocaq, məskən; ev adamları, ailə. □ Xaniman qurmaq.

Azərbaycan dilinin izahlı lüğəti

xaos [xaos] isim yun. chaos – açıram, püskürürəm

1. Kainatın və materiyanın ilkin, formasız halı; elementlərin nizamsız qarışığı, ilkin sonsuz kütlə.

2. Məcazi mənada: cəmiyyətdə və müəyyən bir işdə qarışıqlıq, hərc-mərclik, qaydasızlıq; özbaşınalıq, nizamsızlıq.Xaos şəraiti.

Azərbaycan dilinin izahlı lüğəti

xarizma [xarizma] isim yun. charisma – mərhəmət, şəfqət, Allah vergisi

Öz nitqi və hərəkətləri ilə ətrafdakılara təsir göstərmək, onları özünə cəlb etmək, ardınca aparmaq bacarığı, istedadı. □ Xarizması olan siyasətçi.

Azərbaycan dilinin izahlı lüğəti

xartiya [xartiya] isim yun. chartion < chartes – kağız, fərman

1. Sosial və siyasi tələblərin əks etdirildiyi sənədlərin, konstitusiya və digər aktların adı. □ Milli xartiya.

2. Qədim əlyazması (papirus və perqamentdə).

Azərbaycan dilinin izahlı lüğəti

xoca [xoca] isim ərəb

Din adamı, yaxşı mədrəsə təhsili almış din xadimi; ustad, müəllim, tərbiyəçi. □ Xoca nəsihəti.

Həmçinin bax:

frazeologizm: özünü beşeşşəkli xoca kimi çəkmək Azərbaycan dilinin izahlı lüğəti

xolerik [xalerik'] isim yun. chole – öd

Psixologiya. Cəld, çalışqan, fəal, coşqun, lakin rəftar və davranışında hövsələsiz, tez özündən çıxan adam. □ Xolerik temperament.

Azərbaycan dilinin izahlı lüğəti

xronika [xronik'a] isim yun. chronikos – vaxt, vaxta aid

Müəyyən müddət ərzində baş vermiş hadisələrin və ya bir prosesin mərhələlərinin ardıcıl qeydə alınması. □ İstiqlal xronikası.

Azərbaycan dilinin izahlı lüğəti

xronologiya [xranalogiya] isim yun. chronosvaxt, zaman + ...logiya

Tarix elminin sahələrindən biri; hadisələrin zaman ardıcıllığı ilə yazılışı, qeydə alınması. □ Tarixi xronologiya.

Azərbaycan dilinin izahlı lüğəti

xunta [xunta] isim isp. junta – yığıncaq, birləşmək

Hərbi çevriliş yolu ilə hakimiyyətə gələnlər dəstəsi; siyasi hakimiyyəti devirərək idarəçiliyi ələ alan hərbi rejim. □ Hərbi xunta.

Azərbaycan dilinin izahlı lüğəti

xural [xural] isim monqolca

Qədim türklərdə xalq məclisi, qurultay, ali hakimiyyət orqanı; Monqolustanda dövlət hakimiyyəti orqanının adı. □ Xural çağırmaq.

Azərbaycan dilinin izahlı lüğəti

xüms [xüms] isim ər. – beşdə bir

Qurani-Kərimlə təsbit olunmuş vergi növü. □ Şəriətə əsasən, müharibələrdə ələ keçirilmiş bütün qənimətlərin beşdə biri xüms kimi peyğəmbər nəslinə, dul qadın və kimsəsizlərə, dilənçi və şikəstlərə verilirdi.

Azərbaycan dilinin izahlı lüğəti

xütbə [xütbə] isim ər. – nitq, moizə

İlahiyyat. Məsciddə baş mollanın cümə günü gündüz namazı vaxtında və böyük dini bayramlarda (Qurban, Ramazan) oxuduğu dua. □ Xütbə başlamaq.

Azərbaycan dilinin izahlı lüğəti