Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vaxt [vaxd] isim ərəb

1. Cərəyan edən bir işin, hadisənin və s.-nin əsrlər, illər, saatlar, dəqiqələr, saniyələrlə ölçülən davam müddəti; zaman.

2. Saatların, günlərin, illərin ardıcıl surətdə bir-birini əvəz etməsi. □ Vaxt nə tez gəlib keçdi.

3. Bir hadisənin, işin baş verdiyi, baş verəcəyi, yaxud baş verməli olduğu an, moment. □ İclasın vaxtını təyin etmək.

4. Eyni mənada bəzən feillərdən sonra işlənir. □ Kəramət uşaqlarını ancaq yatdıqları yerdə, yuxulu olduqları vaxt oxşayar, öpərdi. (Ə.Əbülhəsən).

5. Dövr, zəmanə, çağ. □ Çar hökuməti vaxtında. Keçmiş vaxtlarda. Müharibə vaxtı. Uşaqlıq vaxtı. Axır vaxtlarda. Bizim vaxtımızda.

6. Günün, ayın, ilin, yaxud mövsümüm müəyyən çağı. □ İstədiyin vaxtda gələ bilərsən. Gecənin bu vaxtında harada idin?

7. Mövsüm. □ Ov vaxtı. Ağac əkmək vaxtı. Xırman vaxtı.

8. Əlverişli, münasib zaman; fürsət. □ Vaxtdan istifadə etmək. İndi çimməyin yaxşı vaxtıdır. Hər şeyin öz vaxtı var.

9. Boş saat, işdən azad zaman. □ Gəlməyə vaxtım yoxdur. Vaxt olmadığına görə. Vaxtım olanda baxaram. Vaxt tapsan, bizə gəl.

10. Möhlət. □ Borcu qaytarmaq üçün vaxt vermək.

11. Nida kimi: vaxtdır – vaxtı çatmışdır. □ Vaxtdır, evə getmək lazımdır.

Həmçinin bax:

frazeologizm: axşamın dar vaxtı frazeologizm: başını qaşımağa vaxtı olmamaq frazeologizm: dar vaxtı frazeologizm: duza gedən vaxtıdır frazeologizm: gülünün dərilməli vaxtı frazeologizm: ilanboğan vaxtıdır frazeologizm: kefinin qaz qaqqıldadan vaxtı frazeologizm: kiçik çillənin oğlan vaxtı frazeologizm: qan qaynayan vaxt frazeologizm: o vaxtdan çox sular axıb frazeologizm: öküzü quyruqlayıb yıxan vaxtıdı frazeologizm: söz vaxtına çəkər frazeologizm: udqunmağa vaxt tapmamaq frazeologizm: vaxt almaq frazeologizm: vaxt itirmək frazeologizm: vaxt qazanmaq frazeologizm: vaxt öldürmək frazeologizm: vaxt udmaq frazeologizm: vaxtı uzatmaq jurnalistika: çapa imzalanma vaxtı jurnalistika: reklam vaxtı zərf: bir vaxt zərf: hər vaxt əvəzlik: heç vaxt əvəzlik: nə vaxt coğrafiya: dekret vaxtı coğrafiya: geoloji vaxt xəritəsi coğrafiya: qurşaq vaxtı coğrafiya: vaxt dəyişmə xətti coğrafiya: vaxt qurşağı coğrafiya: yerli vaxt Azərbaycan dilinin izahlı lüğəti