Gəmilərdə növbətçiliyin əsas növü; gəminin təhlükəsizliyini təmin etmək üçün daimi yüksək sayıqlıq və diqqət tələb edən, hər hansı postda gəmi qurğusu və mexanizmi yanında ayrılmadan dayanan xüsusi növbətçi.
Bu sistemə rəhbərlik bilavasitə növbətçi zabitin üzərinə düşür. Növbə çəkməkdən ötrü şəxsi heyətin bir hissəsinə konkret post verilir. Gündəlik naryadın bir növbətçisinin xidmət etdiyi vaxt, növbənin davametmə müddəti xüsusi şəraitdən asılı olaraq 2 saatdan 4 saata kimi müəyyən olunur. □ Vaxta çıxmaq.
Azərbaycan dilinin izahlı lüğətiE.ə. 2-ci əsrin əvvəlindən İtaliyada xüsusi şöhrət qazanmış Vakxın (Dionisin) eşqinə düzəldilmiş eyş-işrət məclisi, gecə şənlikləri.
Bu şənliklərdə azad adamlar və qullar birgə iştirak edir, kahin vəzifəsini, əsasən, qadınlar icra edirdilər. Qeyzə gələn müqəddəs vakxankalar öküzü diri-diri parçalayıb, “ilahi mənbə”yə qoşulmaq üçün çiy ət yeyirdilər. □ Vakxanaliya açmaq.
Azərbaycan dilinin izahlı lüğətiİnsanın uşaqlıqdan başlayaraq bütün ömrü boyu fiziki və mənəvi sağlamlığını necə qorumağı öyrənən elm sahəsi; sağlamlıq və sağlam həyat tərzinin ümumi nəzəriyyəsi.
V. terminini ilk dəfə İsrail Brexman işlətmişdir. □ Valeologiya fənni.
Azərbaycan dilinin izahlı lüğəti“Naqilsiz dəqiqlik” ifadəsində sözlərin ilk hərflərindən yaradılmış abreviatura – kompüterlərin birləşdirilməsi və internetə qoşulması, habelə rəqəmsal məlumatların istifadəçilərə naqilsiz şəbəkələr vasitəsilə ötürülməsi texnologiyası.
Ənənəvi şəbəkələrdən fərqli olaraq naqilsiz şəbəkələrdə verilənlərin ötürülməsi üçün yüksəktezlikli radiodalğalardan istifadə edilir. □ Evdə vay-fay quraşdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti