1. Döyüşmək, savaşmaq, çarpışmaq. □ Düşmənlə vuruşmaq.
2. Dalaşmaq, kötəkləşmək, bir-birini vurmaq (yumruqla, ağacla və s. ilə).
3. Məcazi mənada: bir şey uğrunda mübarizə etmək, bir şeyi əldə etməyə ciddiyyətlə çalışmaq. □ Bol məhsul uğrunda vuruşmaq.
4. Məcazi mənada: mübahisə etmək, höcətləşmək, bəhsləşmək. □ Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. (M.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Olma, varlıq, mövcud olma, var olma. □ Bəs bunların vücudu nəyə lazımdır! (M.F.Axundzadə).
2. Cisim, bədən, orqanizm. □ Vücudun möhkəm olması döyüşçü üçün mühüm şərtdir. (Mir Cəlal).
3. Adam, şəxs. □ Amma mən elə başa düşmədim ki, bu yavuqlarda vəfat edən bir vücudun barəsində o qədər çığır-bağır saldılar. (C.Məmmədquluzadə).
Həmçinin bax:
1. Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq. □ Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. (S.Vurğun).
2. Məcazi mənada: əzəmət, böyüklük. □ Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. (S.Rüstəm).
Azərbaycan dilinin izahlı lüğəti