1. Coğrafiya. Çay yatağı, çayın axdığı yer. □ Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi. (İ.Şıxlı)
2. Məcazi mənada: sahə, meydan, zəmin. □ Mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbuturabın bu məqaləsini buraxıb keçə bilməzdi. (C.Məmmədquluzadə)
3. Məcazi mənada: klassik ədəbiyyatda səhra, çöl mənalarında adətən tərkiblərdə işlənmişdir. □ Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn; Bir gecə xani-vüsali üzrə mehman etmədi. (M.Füzuli)
Azərbaycan dilinin izahlı lüğəti