1. İnsan və heyvanın qidalanması, maddələr mübadiləsi və orqanizmin normal fəaliyyəti üçün lazım olan müxtəlif tərkibli üzvi maddə. □ Polşa alimi Kazimir Funk həyat üçün zəruri olan maddələri vitaminlər adlandırmışdır – “vita” latınca həyat, “amin” isə atomlu birləşmə deməkdir.
2. Tərkibində bu cür maddə olan preparat. □ “A” vitamini. “E” vitamini.
Azərbaycan dilinin izahlı lüğətiMalları və ya müxtəlif şeyləri nümayiş etdirmək üçün mağaza pəncərəsinin dalında sərgi yeri, yaxud şüşə ilə örtülü şkaf, yeşik və s. □ Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanların xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. (M.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti