1. Bir şeyi öz əlindən çıxarıb başqasına ötürmək, təslim etmək, çatdırmaq; tapşırmaq. □ Pul vermək. Onu mənə ver. Hazır materialları redaktora verdim. Əldən-ələ vermək.
2. İstifadə üçün ayırıb birinin sərəncamına tapşırmaq, ixtiyarına vermək. □ Klub üçün bina vermək. Yeni binada ona üçotaqlı mənzil verdilər.
3. Bağışlamaq, hədiyyə etmək, mükafatlandırmaq. □ Mükafat vermək. Pay vermək.
4. Sərf etmək, yönəltmək, sövq etmək. □ Bütün fikrini işə vermək.
5. Ödəmək, əta etmək, qaytarmaq. □ Aldığı şeyin pulunu vermək. Haqqını vermək. Borcunu vermək istəmir.
6. Pulla ödəmək, müəyyən qiymətə almaq. □ Paltoya yüz manat vermişəm. Kitaba nə verdin?
7. Hasil etmək, hüsula gətirmək. □ Qazanc vermək. Bar vermək. Müəssisə çoxlu gəlir verir. Ağac çoxlu meyvə verir. Bu quyu daha neft vermir.
8. Düzəltmək, təşkil etmək, tərtib etmək. □ Ziyafət vermək. Tamaşa vermək. Konsert vermək.
9. Nəşr etmək, elan etmək. □ Qəzetdə elan vermək. Qanun vermək.
10. Bildirmək, demək. □ Telefonunun nömrəsini vermək. Ünvan vermək.
11. Yaşını təyin etmək (üzdən, zahirdən). □ Ona 40 yaşdan artıq vermək olmaz.
12. Tapşırmaq, təyin etmək, həvalə etmək. □ Şagirdə məsələ vermək. Çətin iş vermək.
13. Ərə getməsinə icazə vermək, yaxud məcbur etmək. □ Qızı oğlana verdilər. Atası qızını verməkdən boyun qaçırdı.
14. Qovuşmasına, birləşməsinə imkan vermək. □ Vermədi Fərhadə çərxi-bivəfa Şirinini, Hadiya. (M.Hadi).
15. “Özünü” sözü ilə bərabər – getmək, yönəlmək, bir tərəfə üz tutmaq. □ Özünü bulvara verdi.
16. Gizlənmək mənasında. □ Özünü ağacın dalına verdi (ağacın dalında gizləndi).
Həmçinin bax: