Bir adamın, yaxud bir şeyin köməyi ilə; hər hansı bir üsul ilə; ...təriqi ilə, ...yolu ilə. □ Məsələni müzakirə vasitəsilə həll etmək. Telefon vasitəsilə əlaqə saxlamaq.
Vasitəsi olmayan; doğrudan doğruya olan, arada heç bir vasitə olmayan, bilavasitə.
Həmçinin bax:
1. Hər şeydən çəkinən, hər şeydən iyrənən, hər şeydən şübhələnən. □ A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən, vasvası olma. (S.S.Axundov).
2. Səliqədə ifrata varan, son dərəcə xırdaçı. □ Vasvası adam.
Vasvası adamın xasiyyəti, halı. □ ...Yox, siz qoca deyilsiniz ki. Mənə elə gəlir ki, sizin əsas xəstəliyiniz vasvasılıqdır. (S.Rəhman).
Pişiklər fəsiləsindən çox itigözlü yırtıcı heyvan. □ Vaşaq dərisi.
Elektrotexnika. Xəttin, müstəvinin üfüqi vəziyyətini yoxlamaq üçün cihaz.
İdman. İki üzgüçü komandası arasında suda oynanılan top oyunu. □ Vaterpol yarışları.
İdman. Vaterpol oyunçusu olan idmançı. □ Yarışlarda futbolçulardan başqa, vaterpolçular, həndbolçular və başqaları da iştirak edəcəklər.
Bax: vaterpol.
Bax: vaterpolçu.
İstilik üçün paltarın üzü ilə astarı arasına tikilən çox qalın xovlu seyrək trikotaj parça.
Vatin tikilmiş, vatini olan. □ Vatinli palto.
Vatman kağızı – rəsmxətt və rəsm üçün əla möhkəm kağız növü.
Fizika. Elektrik cərəyanı qüvvəsini ölçmə vahidi.
Fizika. Elektrik qüvvəsini vattlarla ölçmək üçün cihaz. □ Vattmetr qazıma mühərrikinin sərf etdiyi gücü qeyd edir. (Quliyev).