Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

valun [valun] isim rus

1. GeologiyaMüxtəlif təsnifatlara görə ölçüsü 10, 25 və ya 50 sm-dən çox (hətta 1 m) olan süxur qırıntısı.

2. Geologiya. Buzlaq valunu – ölçüsündən asılı olmayaraq buzlaqlarla götürülüb aparılmış süxur qırıntısı.

Azərbaycan dilinin izahlı lüğəti

var1 [var] sifət

1. Olan, mövcud olan. □ Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək.

2. İsim kimi: varlıq, mövcudiyyət. □ O dəhən fikri ilə cümlə yox oldu varım. (S.Ə.Şirvani).

3. Xəbər mənasında (vardır şəklində də işlənir). □ Var bir tədbiri, amma aşikar etməz mana. (M.Füzuli).

4. Olar, yaxındır. □ Möcüzələr yaradır ana ürəyi; Bir il var yaradır ana ürəyi. (S.Rüstəm).

5. Birinci şəxs sonluğu ilə varam – çox xoşuma gəlir, bəyənirəm, ürəyimə yatır. □ Varam onun oxumağına. Varam sənin oyununa.

6. Birinci şəxs sonluğu ilə varam – hədə mənasında. □ ...Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. (Ə.Haqverdiyev).

7. Sual şəkilçisi ilə – varmı? – mövcuddurmu?, tapılarmı? Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? (M.Hadi).

var 2 [var] isim

Dövlət, sərvət, mal-mülk. □ Varını sərf etmək. Onun varı çoxdur. Varından keçmək.

Həmçinin bax:

frazeologizm: alnında yeddi qırış var frazeologizm: arxada da gözü var frazeologizm: arım var, arım var – eşşəkarısı frazeologizm: bir dili var, qırx açarı frazeologizm: bir narım var, qırx yarım frazeologizm: bircə qarış boyu var frazeologizm: deyirəm xədiməm, deyir neçə uşağın var frazeologizm: dəvədən böyük fil var frazeologizm: dəyənəyin iki başı var frazeologizm: dili də var, dilçəyi də frazeologizm: divarın da qulağı var frazeologizm: əl üstündə əl var frazeologizm: goru var ki, kəfəni də olsun frazeologizm: gözüm üstə yeri var frazeologizm: gözün üstə qaşın var deməmək frazeologizm: itinə də çatası pulu var frazeologizm: kütümüz də var, itimiz də frazeologizm: qarğa, məndə qoz var frazeologizm: qaşın altında gözün var frazeologizm: qızın iki adaxlısı var frazeologizm: nə ağzı (həddi, hünəri) var frazeologizm: nə alıb-verəcəyi var frazeologizm: nə gecəsi var, nə gündüzü frazeologizm: nə insi var, nə cinsi frazeologizm: nə izi var, nə də tozu frazeologizm: nə ucu var, nə bucağı frazeologizm: o ki var frazeologizm: özüdür ki var frazeologizm: papaq altında oğlanlar var frazeologizm: torbada pişik var frazeologizm: üzündə şeytan tükü var frazeologizm: yeri var frazeologizm: zəri də var, zoru da Azərbaycan dilinin izahlı lüğəti