Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vakansiya [vak'ansiya] isim fr. vacance < lat. vacans – boş qalmaq, sərbəst

İdarə və müəssisələrdə tutulmamış boş iş yeri, vəzifə. □ Vakansiya üçün müsabiqə.

Azərbaycan dilinin izahlı lüğəti

vaksin [vak'sin] isim lat. vaccinus – inək yağı

Tibb. Yoluxucu xəstəliklərə qarşı müalicə peyvəndləri üçün preparat. □ Vaksin hər hansı xəstəliyə, yoluxucu mikroba qarşı immunitet yaratmaq və ya müalicə etmək məqsədilə tətbiq olunur.

Azərbaycan dilinin izahlı lüğəti

vakuum [vak'um] isim lat. vacuum – boşluq

1. Fizika. Boş, havasız məkan; atmosfer təzyiqinin hədsiz aşağı olduğu sahə. □ Vakuum aparatı.

2. Məcazi mənada: nəyinsə çatışmazlığı və ya yoxluğu; boşluq. □ Vakuuma düşmək.

Azərbaycan dilinin izahlı lüğəti

vali [va:li] isim türk. – vilayət rəisi < ər.

Şərqin bəzi ölkələrində (Türkiyə və s.) şəhər, vilayət rəisi, qubernator. □ Şəhər valisi.

Azərbaycan dilinin izahlı lüğəti

valyuta [valyuta] isim italyan

Maliyyə. Ölkənin maliyyə sisteminin əsasını təşkil edən pul vahidi. □ Valyuta mübadiləsi.

Azərbaycan dilinin izahlı lüğəti

vampir [vampir] isim fr. vampire < alm. Vampir

1. Bir çox xalqların mifologiyasında yarıadam, yarıheyvan kimi təsvir olunan varlıq. □ Azərbaycan mifologiyasında vampir xortdan adlanır.

2. Zoologiya. Əsasən, Amerika qitəsinin subtropik hissələrində yaşayan, iri heyvanların qanını soran, bəzən insanlara da hücüm edən yarasalar ailəsinə mənsub olan canlı. □ Vampir yarasa.

3. Məcazi mənada: insana əzab verməkdən zövq alan, əzazil, qaniçən adam. □ Vampir xislətli.

Azərbaycan dilinin izahlı lüğəti

vandalizm [vandalizm] isim lat. vandalisme – vəhşicəsinə dağıtma < vandal – qədimdə Romaya tez-tez hərbi yürüşlər etmiş vandal qəbiləsinin adından

Mədəni və maddi sərvətlərin, mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi. □ Görünməmiş vandalizm.

Azərbaycan dilinin izahlı lüğəti

variasiya [variyasiya] isim lat. variatio < varius – dəyişik, fərqli

Varlığın (daha çox bədii yaradıcılıq məhsulunun) əsas xüsusiyyətini saxlamaqla ikincidərəcəli elementlərində dəyişiklik edilməsi nəticəsində alınmış variant(lar). □ “Variasiya” termini daha çox musiqi əsərlərinə şamil edilir.

Azərbaycan dilinin izahlı lüğəti

vassal [vassal] isim fr. vassal – xidmətçi

1. Arxaizm. Qərbi Avropada orta əsrlərdə iri torpaq sahibindən sahə alan və buna görə həmin şəxsdən asılılığı olan feodal. □ Kralın vassalı.

2. Məcazi mənada: başqasının iradəsinə tabe olan asılı şəxs, ölkə rəhbəri. □ Fransanın vassalı.

Azərbaycan dilinin izahlı lüğəti

vauçer [vauçer] isim ing. voucher – özəlləşdirmə qəbzi

1. Hüquq. Pulun alınmasını təsdiq edən sənəd. □ Vauçer qəbzi.

2. Hüquq. Əmlakın özəlləşdirilməsində iştiraka hüquq verən sənəd. □ Vauçer çeki.

Azərbaycan dilinin izahlı lüğəti

veb [veb] isim ing. web – tor, şəbəkə

1. İnformatika. İnternet məkanı, qlobal informasiya şəbəkəsi. □ Veb-səhifə.

2. Bəzi sözlərə qoşularaq “internet şəbəkəsinə aid olan” mənası verən anlayış yaradır; məs.: veb-sayt, veb-səhifə, veb-sənəd, veb-kamera, veb-master və s.

Azərbaycan dilinin izahlı lüğəti

veb-master [veb-master] isim ing. web – tor, şəbəkə + master – usta

İnformatika. Sayt yaratmaq üçün proqram təminatı; həmin proqramın köməyi ilə sayt yaradan mütəxəssis. □ Veb-master dəvət etmək.

Azərbaycan dilinin izahlı lüğəti

vegetarian [vegetariyan] isim ing. vegetarian < lat. vegetarius – bitkiyə bağlı

Yemək rasionunda heyvan mənşəli ərzaqları, o cümlədən quş əti və balığı istisna edən qidalanma sistemi. □ Vegetarian pəhrizi.

Azərbaycan dilinin izahlı lüğəti

vegetasiya [vegetasiya] isim lat. vegetatio – oyanma, canlanma

Botanika. Сücərmə, boyatma və yetişmə; bitkinin aktiv həyat fəaliyyəti, inkişafda olan vəziyyəti. □ Vegetasiya dövrü.

Həmçinin bax:

coğrafiya: vegetasiya dövrü Azərbaycan dilinin izahlı lüğəti

veksel [vek'sel] isim alm. wechselhərf. mübadilə

Hüquq. Maliyyə. Qiymətli kağız növü; borc sənədi; sahibinə onun qarşısında öhdəlik götürmüş şəxsdən müqavilədə göstərilmiş məbləği geri tələb etmək hüququ verən sənəd. □ Veksel sənədi.

Azərbaycan dilinin izahlı lüğəti