1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan. □ Uzaq yerlər. Uzaq məsafə.
2. Çox uzun. □ Mən necə oturum evdə, siz deyin; Axı uzaq yollar çağırır məni. (N.Xəzri).
3. Uzaqdan görünən, uzaqda olan. □ Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. (İ.Əfəndiyev).
4. Uzaqdan gələn, uzaqdan eşidilən. □ Uzaq top səsi. Uzaq uğultu səsi. Uzaq urra səsləri.
5. Zaman, vaxt etibarilə yaxın olmayan, indiki vaxtdan çox-çox əvvəl olan, vaxtilə, çox keçmiş zamanda olmuş, keçmişə aid olan. □ Vaxtilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan edərkən anası da onu uçulan divarlar arasında doğmuşdu. (Ə.Məmmədxanlı).
6. Uzaq gələcəkdə baş verəcək, olacaq, həyata keçəcək. □ Uzaq perspektivlər. Uzaq arzular. Uzaq xəyallar. Uzaq tədbirlər. Uzaq ümidlər. Uzaq planlar.
7. Məcazi mənada: bir şey haqqında düşünməməyi, bir şey etmək niyyətində, qəsdində, ya arzusunda olmamağı bildirir. □ Bütün sevənlər kimi Dilarada bir nöqsan tapmaqdan uzaq idi. (M.İbrahimov).
8. Məcazi mənada: yad, yabançı, özgə; yaxın olmayan. □ Uzaqdır sevimli gözlərin mənə. (M.Müşfiq).
9. İsim kimi: uzaq məmləkətlər, uzaq ölkələr, uzaq yerlər (adətən cəm şəklində). □ İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. (İ.Əfəndiyev).
Həmçinin bax:
1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda. □ Uzaqdan-uzağa tamaşa etmək.
2. Məcazi mənada: uzaqdan, bilavasitə təmasda olmadan, kənardan; bilmədiyi, tanımadığı halda. □ Uzaqdan-uzağa hökm vermək olmaz. Uzaqdan-uzağa fikir söyləmək çətindir.
Azərbaycan dilinin izahlı lüğəti