1. Uğultu səsi çıxarmaq. □ Külək uğuldayır.
2. Bu cür səsin qulaqda hiss olunması haqqında. □ Bünyadın qulaqları uğuldayırdı. (Ə.Əbülhəsən).
3. Quruldamaq (göyərçinlərin çıxartdığı səs haqqında). □ Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. (M.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Bəxt, səadət, xoşbəxtlik. □ Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. (Mir Cəlal).
2. Bir işin, arzunun və s.-nin müvəffəqiyyətli sonu, aqibəti, müsbət nəticəsi; müvəffəqiyyət, nailiyyət, qələbə. □ İşdə uğur diləmək. Hücum uğurla nəticələndi.
Həmçinin bax:
1. Bədbəxtlik gətirən, bədbəxtliyə səbəb olan; şükümsüz, məşum, bədbəxt, fəlakətli. □ Qonaqsız ev uğursuz olar. (Atalar sözü).
2. Nəhs, mənhus, pis. □ Uğursuz bir gündə acı bir külək; Dağları, daşları bir yerdə qatdı. (S.Vurğun).
3. Bədbəxt, talesiz, bəxtsiz. □ Xeyir olsun, ah, gəlir uğursuz insan; Gözündə oynayır ehtiras, al qan. (A.Şaiq).
4. Uğursuzluqla nəticələnən, heç bir müsbət nəticə verməyən, heç bir şeylə nəticələnməyən; müvəffəqiyyətsiz. □ Uğursuz təşəbbüs. Uğursuz uçuş. Uğursuz axtarışlar.
Azərbaycan dilinin izahlı lüğəti1. Məşumluq, bədbəxtlik, fəlakət, bəxti gətirməmə. □ Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. (Mir Cəlal).
2. Müvəffəqiyyətsizlik, nəticəsizlik. □ Cəhdlərin uğursuzluğu. Təşəbbüsün uğursuzluğu. Axtarışların uğursuzluğu.
Azərbaycan dilinin izahlı lüğəti