Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təbii [təbi:] sifət ərəb

1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış. □ Ölkənin təbii sərvətləri. Təbii sərhədlər.
2. Təbiət qanunlarından irəli gələn, törəyən, onlardan asılı olan. □ Təbii ölüm.
3. Anadangəlmə, fitri. □ Üzün təbii rəngi.
4. Adi, normal. □ Bu iş bizə təbii göründü.
5. Həqiqi, əsil, natural. □ Təbii ipək. Təbii dəri.
6. Modal söz kimi: əlbəttə, yəqin ki, şübhəsiz ki. □ Təbii, siz də iştirak edəcəksiniz.
7. Modal söz kimi: təbiidir, təbiidir ki şəklində – adi haldır, normaldır, belə də olmalıdır. □ Təbiidir ki, bu inam kolxoz sədri Rüstəm kişinin ürəyində daha güclü idi. (M.İbrahimov).

Həmçinin bax:

coğrafiya: Aralıq dənizi təbii zonaları coğrafiya: beynəlxalq təbii resurslar coğrafiya: bərpa olunan təbii resurslar coğrafiya: bərpa olunmayan təbii resurslar coğrafiya: əhalinin təbii artımı coğrafiya: əhalinin təbii artım əmsalı coğrafiya: təbii boratlar coğrafiya: təbii ehtiyatlar coğrafiya: təbii landşaft coğrafiya: təbii mühit coğrafiya: təbii resurslar coğrafiya: təbii sulfatlar coğrafiya: təbii sulfidlər coğrafiya: təbii şoralar coğrafiya: təbii zona coğrafiya: təbii-antropogen landşaft coğrafiya: təbii-ərazi kompleksi coğrafiya: tükənən təbii ehtiyatlar coğrafiya: tükənməyən təbii ehtiyatlar Azərbaycan dilinin izahlı lüğəti