1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. □ Azərbaycan teatrının tarixi.
2. Səhnə tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cür lazımi imkanları (artist kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə. □ Opera və balet teatrı. Musiqili teatr.
3. Tamaşa göstərilən bina. □ ..Ayna zorla məni yedirir, hər gecə kinoya, teatra aparırdı. (İ.Əfəndiyev).
4. Səhnə tamaşası; tamaşa. □ Bu axşam klubda yaxşı teatr var.
5. Bu və ya digər müəllifə, yaxud ədəbi məktəbə və s.-yə aid dram əsərlərinin məcmusu toplusu. □ M.F.Axundzadə teatrı.
6. Məcazi mənada: gülməli, masqaraya qoyulmalı, qeyri-ciddi hadisə, iş, adam və s. haqqında. □ İclas deyildi, teatr idi. Onun işi lap teatrdır.
See also:
1. İctimai istehsalda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. □ Elm və texnika. Texnikanın inkişafı.
2. Maşınlar, mexaniki alətlər, qurğular. □ Kənd təsərrüfatı texnikası.
3. Hər hansı bir işdə, sənətdə istifadə olunan professional üsulların məcmusu. □ Şahmat oyununun texnikası.
See also:
1. Texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan. □ Texniki tərəqqi. Texniki gerilik. Texniki bilik.
2. Maşın və mexanizmlərin işinə aid olan, bir şey istehsal etmək prosesi ilə bağlı olan. □ Avtomobillərə texniki baxış.
3. Hər hansı bir istehsalatın texnikasına xidmətlə bağlı olan. □ Texniki xidmət. Texniki şura.
4. Sənayedə istifadə və emal edilmək üçün olan. □ Texniki bitkilər (qənd çuğunduru, pambıq, günəbaxan və s.). Texniki yağlar.
5. Bir işdə müxtəlif köməkçi işləri görən. □ Səhnənin texniki işçiləri.
6. Texnika və ya elmin hər hansı sahəsinə aid xüsusi anlayışı ifadə edən (professional söz, ifadə haqqında). □ Texniki terminlər. Texniki ifadə.
See also:
Geologiya. Yer qabığının quruluşu, hərəkəti və deformasiyasına aid olan, onun nəticəsi olan. □ Tektonik zəlzələ. Tektonik dağlar. Tektonik dövr.
See also: