Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təkbir [təkbir] isim ər. – çağırış

İlahiyyat. Namaz qılarkən deyilən “Allahu əkbər” (“Allah böyükdür”) ifadəsi. □ Təkbir səsləndirmək.

Azərbaycan dilinin izahlı lüğəti

təriqət [təri:qət] isim ər. – yol

İlahiyyat. Əqidə və ya məsləklə tutulan yol, dini cərəyanlarda qəbul edilən bir yol; məzhəb. □ Təriqətə inam.

Azərbaycan dilinin izahlı lüğəti

təzminat [təzminat] isim ər. – əvəzini ödəmə

Hüquq. Beynəlxalq hüquqda dəymiş ziyanın əvəzinin ödənilməsi (adətən, pulla); kompensasiya. □ Təzminat sülh müqaviləsi, yaxud başqa beynəlxalq aktlar əsasında həyata keçirilir.

Azərbaycan dilinin izahlı lüğəti

tineycer [tineycer] isim ing. teenager – yeniyetmə

13-19 yaş arasında olan yeniyetmə. □ Amerika tineycerləri.

Azərbaycan dilinin izahlı lüğəti

tiran [tiran] isim yun. tyrannos – hökmdar, hakim

1. Tarix. Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyanın şəhər-respublikalarında hakimiyyəti zorla ələ keçirən şəxs. □ Tiranın hakimiyyəti.

2. Ölkəni zorakılıqla idarə edən qəddar hökmdar. □ Tiranın sonu.

Azərbaycan dilinin izahlı lüğəti

titan [titan] isim yun. titan

1. Kimya. Boz-gümüşü rəngli metal; kimyəvi element. □ Titandan düzəldilmiş fiqur.

2. Qədim yunan mifologiyasında Olimp ilahlarına qarşı döyüşən nəhəng məxluq. □ Titanın qələbəsi.

3. Ölçüsünə, gücünə və əhəmiyyətinə görə nəhəng, çox böyük olan bir şey; azman. □ Titan mütəfəkkir.

Azərbaycan dilinin izahlı lüğəti

titr [titr] isim fr. titre – əşya üzərində yazı

1. Kinofilmlərdə, televiziya verilişlərində məzmuna aid informativ, izahedici yazı. □ Filmin titrləri.

2. Kimya. Titrləmə üçün işlədilən məhlulun qatılığı.

3. Toxuculuq sənayesində: ipək sapın və ya lifin qalınlığının çəki vahidləri ilə ifadə olunan xarakteristikası. □ Təbii ipək saplarda nömrə əvəzinə titr işlədilir.

Azərbaycan dilinin izahlı lüğəti

titul [titul] isim lat. titulus – yazı, fəxri ad

1. İrsən keçən, yaxud sonradan verilən fəxri ad, rütbə (qraf, hersoq, xan, bəy və s.). □ Cəngavər titulu.

2. Poliqrafiya. Kitabda əsərin, müəllif(lər)in, nəşriyyatın adlarının göstərildiyi ilk səhifə. □ Titul vərəqi.

3. Hüquq. Burjua hüquqşünaslığında hər hansı bir hüququn əsası. □ Mülkiyyət titulu.

Həmçinin bax:

jurnalistika: titul vərəqi Azərbaycan dilinin izahlı lüğəti

tok-şou [tok'-şou] isim ing. talk show < talk – danışıq, söhbət + show – tamaşa, görünüş

Jurnalistika. Tanınmış şəxslərin iştirakı ilə televiziya və radioda müxtəlif problemlərə həsr olunmuş ictimai müzakirə proqramları. □ Tok-şou aparıcısı.

Azərbaycan dilinin izahlı lüğəti

tolerant [talerant] sifət lat. tolerantia – səbir, dözüm

Başqa (fərqli) fikir, ideya və ya mövqeyə (hətta xoş gəlməsə belə) dözümlü yanaşan. □ Tolerant adam.

Azərbaycan dilinin izahlı lüğəti

tomahavk [tamahavk'] isim ing. tomahawk – balta

Şimali Amerika hindularında silah növü, döyüş baltası. □ Hinduların hərbi mərasimlərində qırmızı rənglənmiş tomahavk rəmzi şəkildə müharibə elan etmək mənasını, yerə basdırılması isə sülh niyyətini ifadə edirdi.

Azərbaycan dilinin izahlı lüğəti

tomoqrafiya [tamaqrafiya] isim yun. tomos – hissə, qisim, qat, lay + ...qrafiya

Tibb. Beyin hüceyrələrinin fəallığının yoxlanması üçün tətbiq edilən müayinə metodu. □ Beyinin tomoqrafiyası.

Azərbaycan dilinin izahlı lüğəti

toreador [tariyador] isim isp. toreador – buğa döyüşü

Korridada buğa döyüşünün iştirakçısı. □ Toreador marşı.

Azərbaycan dilinin izahlı lüğəti

tornado [tarnado] isim ispan

Coğrafiya. Şimali Amerikada qasırğa növü; atmosferin yuxarı qatlarında yaranan və Yerə qədər uzanan xortumşəkilli hava burulğanı.

Azərbaycan dilinin izahlı lüğəti

total [tatal] sifət fr. total < lat. totalis – bütöv, tam

Ümumi, hər yeri, hər şeyi əhatə edən. □ Total hücum.

Azərbaycan dilinin izahlı lüğəti