Hərb. Pulemyotlarla silahlanmış itigedən kiçik tank.
Altlığı pəncədən dabana doğru getdikcə qalınlaşan yüngül ayaqqabı.
Tank qayırmaqla məşğul olan. □ Tankqayıran zavod.
Tank və ya tank üçün alət və cihazlar qayırmaq sahəsinə aid (zavod və s.). □ Tankqayırma sənayesi.
Hərb. Tankları sınaqdan keçirmək və tankçılarla təlim keçmək üçün xüsusi yer.
Düşmən tanklarını vurmaq üçün işlədilən. □ Burada bir dəstə əsgər avtomatı, ikinci dəstə tankvuran silahı öyrənirdi. (Ə.Əbülhəsən).
Arxaizm. Pul, var-dövlət, dövlət. □ ..Qasımdan sonra ailəsi üçün nəinki heç bir tanqah qalmamışdı, hətta kişinin uzun müddət işsiz və naxoş olması və axırda ölməsi ailəni böyük borca salmışdı. (T.Ş.Simurq).
Arxaizm. Tanqahı olan; varlı, dövlətli, pullu.
İncəsənət. Musiqi. Ağır-ağır oynanılan ikibölgülü rəqs və həmin rəqsin musiqisi.
Allah. □ Tanrı bir yandan bağlasa, bir yandan açar. (Atalar sözü).
Həmçinin bax:
Arxaizm. Allahpərəst, Allaha inanan, mömin. □ ..Bu, tarçı Əsəd deyildi... tanrıçı Əsəd idi... Yaxşı adam idi... (B.Talıblı).
Kimya. Elementlərin dövrü sisteminin V qrupundan Ta-kimyəvi element.
Yuxarıdan düşən şeyin çıxardığı səsi bildirən təqlidi söz.
1. Qırı, asfaltı, torpağı döyəcləyib bərkitmək və hamarlamaq üçün ortasına dəstə vurulmuş qalın taxta parçasından ibarət alət; döyəc. □ Tapanla asfaltı tapanlamaq. 2. Müxtəlif hörgülərdə hissələri bir-birinə bənd etmək üçün qurşaq.
Hərb. Müxtəlif sistemli odlu kiçik əl silahı. □ Tapança atmaq. Tapança patronu. Tapança qoburu.
Tapança ilə silahlanmış, tapançası olan. □ Əlləri tapançalı cavanlar otağa girdilər.. (Y.V.Çəmənzəminli).