1. Tanışların bir-birinə münasibəti, tanış olma. □ Şahmar hələ tanışlıqlarının ilk günlərində .. Nərminəni özündən bircə an da ayrı təsəvvür etmirdi. (B.Bayramov).
2. Yaxınlıq, bələdlik; ünsiyyət. □ Könlümün səninlə tanışlığı var; O səni gördükcə təsəlli duyar. (Ə.Cavad).
1. Bir-biri ilə tanış olmaq; görüşmək, əlaqə saxlamaq, aralarında ülfət yaranmaq. □ Fatma çox görmüşdü ki, oğlan özgə vilayətlərdə biri ilə tanışır. (Mir Cəlal).
2. Məcazi mənada: tanış olmaq, məşğul olmaq. □ Gah yazır, gah oxuyur, gah danışır; Gündə bir hərzə kitabnan tanışır. (M.Ə.Sabir).
1. Tanış etmək, kim olduğunu bildirmək, tanışlıq vermək. □ Kimdir axı, adı nədir? Tanıt bir bu adamı. (N.Rəfibəyli).
2. Məşhurlaşdırmaq, şöhrətini yaymaq, adını yaymaq, populyarlaşdırmaq. □ ..Ağvanın həkimi, heykəltəraşı, ozanı Odlar yurdunun şöhrətini bütün dünyaya tanıtmadıqca mənim ürəyim rahat döyünməyəcək. (M.Hüseyn).
Hərb. Çətin keçilən yerlərdə hərəkət edə bilən, top və pulemyotlarla silahlanmış tırtıllı zirehli döyüş maşını. □ Tank qoşunları. Tankların hücumu.
Mayeləri saxlamaq və ya daşımaq üçün xüsusi şəkildə düzəldilmiş bak, sistern və s.
Azərbaycan dilinin izahlı lüğətiMaye yükləri daşımaq üçün böyük gəmi (bu gəmilərdə neft və s. mayelər birbaşa gəminin bölmələrə – tanklara ayrılmış korpusuna tökülür). □ Ağır-ağır hərəkət edən böyük sahil kranları, gəmilər, tankerlər, ..dəniz üzərində şəbəkə kimi yüksələn yaxın və uzaq buruqlar qəribə seyrək meşəyə bənzəyirdi. (H.Seyidbəyli).
Azərbaycan dilinin izahlı lüğəti