1. Bitmə, qurtarma, sona çatma, bitirmə.
2. Tamamilə, bütünlüklə, büsbütün. □ Dərd adamın qəddin əyir, nahaqq isə tamam sındırır. (Atalar sözü).
3. Bütün, hamısı. □ Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. (Ə.Haqverdiyev).
4. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. □ Bu işin üstündən tamam üç il keçdi. (E.Sultanov).
5. Saatda dəqiqəni deyil, düz, tam saatı göstərir. □ Saat on iki tamamda katib .. direktorun gəldiyini söylədi. (B.Bayramov).
1. Yeməli, içməli bir şeyin arzusunda, həsrətində olma; ümumiyyətlə, bir şeyin həsrətində olma. □ Adamın tamarzısı, hər kəsin öz arzusu. (Atalar sözü).
2. Belə bir arzuda, həsrətdə olan adam haqqında. □ Tamarzıdan al, dadanmışa ver. (Atalar sözü).
Həmçinin bax: