Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tabu [tabu] isim polinez. – müəyyən qadağalar sistemi

1. İbtidai icma quruluşunda müəyyən qadağalar sistemi. □ Mövhumi təsəvvürlərə görə, tabunun pozulması guya fövqəltəbii qüvvələri qəzəbləndirirdi.

2. Ümumiyyətlə, nəyəsə qoyulan ciddi qadağa. □ Siqaret reklamına tabu qoyulması.

Azərbaycan dilinin izahlı lüğəti

taekvando [taek'vando] isim kor. txe – ayaq + kvon – yumruq + do – sənət

İdman. Ayaq zərbələrinin üstünlük təşkil etdiyi Koreya əlbəyaxa döyüş sənəti. □ Taekvando çempionu.

Azərbaycan dilinin izahlı lüğəti

taksonomiya [tak'sanomiya] isim yunan

Təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatı. □ Elmi termin kimi taksonomiya ilk dəfə botanika və zoologiyada yaranmışdı.

Azərbaycan dilinin izahlı lüğəti

takt [tak't] isim fr. tact < lat. tactus – toxunma, təmas, hissetmə

1. Musiqi. Musiqidə ölçü vahidi; bir-birini müəyyən ardıcıllıqla izləyən zərbə, hərəkət və ritmlər. □ Musiqi taktına uyğun hərəkətlər.

2. Kiməsə və nəyəsə münasibətdə ədəbli, nəzakətli, incə davranış. □ Taktlı olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

taktika [tak'tik'a] isim yun. taktike < lat. tactica – qoşunları düzmək sənəti < tasso – qoşunu düzürəm

1. Hərbi. Döyüşü aparmaq sənəti; hərb sənətinin tərkib hissəsi. □ Hərbi taktika.

2. Bu və ya digər məqsədə çatmaq yolları; ictimai və siyasi mübarizə aparmağın vasitə və üsulları. □ Taktika seçmək.

Azərbaycan dilinin izahlı lüğəti

talassemiya [talasemiya] isim yun. thalassa – dəniz + haima – qan

Tibb. İrsi qanazlığı xəstəliyi; anemiyaTalassemiya ilk dəfə Aralıq dənizi sahillərində yaşayan sakinlərdə aşkar edilib.

Azərbaycan dilinin izahlı lüğəti

talisman [talisman] isim fr. talisman – sehr, tilsim

Mövhumi təsəvvürlərə görə, insana uğur gətirən, onu şər və təhlükələrdən qoruyan predmet; amulet. □ Bəzək əşyası, daş parçası, ağac qabığı, hətta müəyyən canlılar da talisman ola bilər.

Azərbaycan dilinin izahlı lüğəti

tandem [tandem] isim ing. tandem – ardıcıl, yerləşmə

1. Eynitipli qurğu və ya hissələrin (məs.: porşenli maşınlarda silindrlərin) ardıcıl olaraq bir həndəsi ox üzərində yerləşməsi. □ Tandem mexanizmlər.

2. Məcazi mənada: hər hansı sahədə (yaradıcılıqda, siyasətdə və s.-də) bir-birinə tən gələn, uyğun olan, bir-birini tamamlayan şəxslərin birgə fəaliyyəti. □ Şair-bəstəkar tandemi.

Azərbaycan dilinin izahlı lüğəti

tarif [ta:rif] isim fr. tarif – izahetmə, müəyyən etmə

İstehsal və xidmət sahəsində qiymət müəyyənləşdirmə forması. □ Tarif ödəniş və rüsum sistemindən ibarətdir.

Azərbaycan dilinin izahlı lüğəti

tavtologiya [tafdalogiya] isim yun. tauto – eyni şey + ...logiya

Mənaca eyni və ya bir-birinə yaxın olan söz və fikirlərin təkrarı. □ Tavtologiyaya yol vermək.

Azərbaycan dilinin izahlı lüğəti

tayfun [tayfun] isim çin

Coğrafiya. Sakit okeanın qərbində (ekvatordan şimalda), əsasən, yayda və payızda yaranan tropik siklon.

Azərbaycan dilinin izahlı lüğəti

texnokratiya [texnak'ratiya] isim yun. techne – peşə, sənət, ustalıq + kratos – hakimiyyət, səlahiyyət, güc

Elmi-texniki konsepsiyalara əsaslanan texniki tərəqqiyə yönəlik cəmiyyət. □ “Texnokratiya” termini ilk dəfə 1919-cu ildə Uilyam Smitt tərəfindən işlənmişdir.

Azərbaycan dilinin izahlı lüğəti

texnologiya [texnalogiya] isim yun. techne – peşə, sənət, ustalıq + ...logiya

1. İqtisadiyyat. İstehsalat prosesində məhsul almaq üçün tətbiq olunan metodların məcmusu. □ İstehsal texnologiyası.

2. Hansısa işdə, fəaliyyətdə və s.-də müsbət nəticəyə nail olmaq üçün istifadə edilən effektli forma, tərz və üsullar. □ Yeni texnologiya.

Həmçinin bax:

jurnalistika: bulud texnologiyası jurnalistika: informasiya texnologiyaları jurnalistika: informasiya-kommunikasiya texnologiyaları jurnalistika: kütləvi informasiya vasitələrinin texnologiyası jurnalistika: multimedia texnologiyaları jurnalistika: rəqəmsal texnologiya Azərbaycan dilinin izahlı lüğəti

telegenik [telegenik'] isim lat. tele – uzaqdan + yun. genes – doğulmuş

Televiziya ekranında yaxşı görünən təsvir; üz cizgiləri ekrana yaxşı düşən şəxs. □ Telegenik aparıcı.

Azərbaycan dilinin izahlı lüğəti