Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

supermen [supermen] isim ing. superman – fövqəlbəşər

Qeyri-adi gücə malik olan, fövqəlbəşər insan; filmlərin, komikslərin məğlubedilməz, hər şeyə qadir olan yenilməz qəhrəmanı. □ Supermen oyunları.

Azərbaycan dilinin izahlı lüğəti

suveren [suveren] sifət fr. souverain – yüksək, ali

Müstəqil, heç kimdən və heç nədən asılı olmayan. □ Hüquqi mənada “suveren” terminini ilk dəfə XVI əsrdə fransız alimi Y.Boden işlətmişdir.

Həmçinin bax:

coğrafiya: suveren dövlət Azərbaycan dilinin izahlı lüğəti

süjet [süjet] isim fr. sujet – mövzu

Ədəbiyyatşünaslıq. Nəqli və dramaturji əsərlərdə bir-biri ilə bağlı və ardıcıl surətdə baş verən hadisələrin inkişaf xətti. □ Əsərin süjet xətti.

Azərbaycan dilinin izahlı lüğəti

sürpriz [sürpriz] isim fr. surprise – təəccüb

Gözlənilməzlik; təəccübləndirən, heyrətə salan hadisə, varlıq; gözlənilməz hədiyyə. □ Sürpriz hədiyyə.

Azərbaycan dilinin izahlı lüğəti

sürrealizm [sürrealizm] isim fr. surrealismehərf. ifrat reallıq

Ədəbiyyatşünaslıq. İncəsənət. XX əsr ədəbiyyatı və incəsənətində idrak və təcrübənin rolunu inkar edən və gerçəyin mənbəyini təhtəlşüurda axtaran avanqard cərəyan. □ Sürrealizm sənətkarları.

Azərbaycan dilinin izahlı lüğəti