Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sayt [sayt] isim ing. site – yer, ünvan

İnformatika. İnternet şəbəkəsində özəl ünvanı olan virtual məlumat mənbəyi. □ Saytlar məlumat, bilgi, reklam yönümlü olur.

Həmçinin bax:

jurnalistika: sayta giriş Azərbaycan dilinin izahlı lüğəti

sekta [sek'ta] isim lat. secta – oxuma, təhsil alma, istiqamət, yön, məktəb

1. İlahiyyat. Dini icma; fikir və məzhəb ayrılığına görə kilsədən uzaqlaşdırılmış bir qrup adam. □ Dini sekta.

2. Məhdud maraqlar əsasında birləşən və cəmiyyətdən özlərini təcrid edən adamlar qrupu. □ Ticarət sektası.

Azərbaycan dilinin izahlı lüğəti

sektor [sek'tor] isim lat. sector < seco – kəsirəm, ayırıram

Bölmə, hissə; hansısa bütöv strukturun bir bölməsi. □ Özəl sektor. Sektor müdiri.

Həmçinin bax:

coğrafiya: fiziki-coğrafi sektor Azərbaycan dilinin izahlı lüğəti

sekundant [sek'undant] isim lat. secundans (secundantis) – müşayiət edən

1. Arxaizm. Duel iştirakçısının inanılmış adamı, duelin şərtlərini hazırlayan və bu şərtlərin düzgün yerinə yetirilməsinə nəzarət edən şəxs. □ Sekundantın işarəsi.

2. İdman. İdman yarışında (boks, şahmat, qaydasız döyüş və s.-də) iştirakçının köməkçisi. □ Boksçunun sekundantı.

Azərbaycan dilinin izahlı lüğəti

semiotika [semiyotik'a] isim yun. semeiotike – işarə, işarəvi

1. Dilçilik. İşarələr sistemi haqqında elm. □ Semiotika sistemi.

2. Tibb. Xəstəliklərin əlamətlərindən bəhs edən elm; semiologiya, simptomatologiya.

Həmçinin bax:

coğrafiya: kartoqrafik semiotika Azərbaycan dilinin izahlı lüğəti

senat [senat] isim lat. senatus < senex – köhnə, qoca

ABŞ, Fransa və digər dövlətlərdə ali qanunverici orqan. □ Senat ilk dəfə Qədim Romada ölkəni idarə edən dövlət şurası kimi yaranıb.

Azərbaycan dilinin izahlı lüğəti

sendviç [sendviç] isim ing. Sandwichxüs. XVIII əsrdə İngiltərədə yaşamış qraf Sendviçskinin adından

Ətli və pendirli kökə; arasına istənilən qəlyanaltı (ət, pendir və s.) qoyulmuş buterbrod növü. □ Toyuq ətindən sendviç.

Azərbaycan dilinin izahlı lüğəti

sensor [sensor] isim lat. sensus – duyğu, hiss

Elektron qurğularda həssas element, qəbuledici. □ Optik sensor.

Azərbaycan dilinin izahlı lüğəti

sent [sent] isim ing., holl. cent < lat. centum – yüz

Maliyyə. ABŞ-da dolların 1/100-nə bərabər xırda pul. □ Avstraliya, Kanada, Yeni Zelandiya, Şri-Lanka, Keniya, Liberiya və digər ölkələrdə də xırda pul vahidi sent adlanır.

Azərbaycan dilinin izahlı lüğəti

senz [senz] isim lat. census < sensere – siyahıyaalma, qeydiyyat aparmaq

Hüquq. Bir şəxsin bu və ya digər hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərt. □ Senz, əsasən, qanunvericiliklə müəyyənləşdirilir, daha çox yaş həddi ilə bağlı olur.

Azərbaycan dilinin izahlı lüğəti

senzura [senzura] isim lat. censura < censere – nəzərdən keçirmək

Çap məhsulları (qəzet, kitab, jurnal və s.), teleradio verilişləri, kino, teatr və s. üzərində dövlət nəzarəti sistemi. □ İlkin senzura.

Həmçinin bax:

jurnalistika: iqtisadi senzura jurnalistika: texniki senzura Azərbaycan dilinin izahlı lüğəti

separatizm [separatizm] isim lat. separatus – ayrılma, ayrı

Ayrılmağa can atmaq, özünü təcrid etmək cəhdi; xüsusiləşməyə meyillik. □ Qarabağda separatizm.

Azərbaycan dilinin izahlı lüğəti

separator [separator] isim lat. separator – ayırıcı

Müxtəlif qatışıqları, məhlullardakı maddələri bir-birindən ayıran qurğu. □ Separator yeyinti, mədən və kimya sənayelərində, metaləritmədə və qaz mədənlərində tətbiq olunur.

Azərbaycan dilinin izahlı lüğəti