1. Rəhm və şəfqət ifadə edən; rəhmi, şəfqəti olan; canıyanan, ürəyiyuxa. □ Riqqətli ürəyi var. Riqqətli ana qəlbi.
2. Təsirli, təsirləndirici; mərhəmət doğuran, acınacaqlı. □ Məsmənin səsi sakit, riqqətli, lakin qəti və kəsərli idi. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti1. Məktub, namə, kağız. □ Ey əziz, yaxşı can, min dərdə dərman; Yazdığın risalə nə yaxşı-yaxşı. (Aşıq Ələsgər).
2. Hər hansı bir məsələyə dair kiçik kitab; kitabça.
3. Jurnal, məcmuə. □ ..Sizin ilk işiniz şəhəri dolanıb, bu risalə üçün elan toplamaqdır. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti1. Təhlükə imkanı, ola biləcək təhlükə, qorxulu iş. □ ..Firidun ancaq indi ağır bir riskə yol verdiyinin fərqinə vardı. (M.İbrahimov).
2. Yaxşı nəticələnəcəyi ümidi ilə hərəkət etmə, iş görmə, cəsarətetmə, təvəkkülü iş (görmə).
Həmçinin bax: