1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. □ İstehsalat qabaqcılları.
2. Öz inkişafına görə o birilərindən daha yüksək səviyyədə olan, ən mütərəqqi, ən irəlidə gedən. □ Qabaqcıl elm. Qabaqcıl nəzəriyyə.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. □ Görkəmlli alim zəmanəsini xeyli qabaqlamışdı.
2. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq. □ Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır. (Ü.Hacıbəyov).
3. Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək. □ Mən deyəcəkdim, lakin o məni qabaqladı.
4. Ötmək, keçmək. □ Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq. (C.Məmmədquluzadə).
5. Qabağına salmaq. □ Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi.
Azərbaycan dilinin izahlı lüğəti