1. Turş bir şey dişləməkdən, yaxud dişə dəyməkdən kəsməz və uyuşmuş bir hala gəlmək. □ Alçadan dişlərim qamaşdı.
2. Parlaq bir şeyə və ya çox güclü işığa baxmaqdan, yaxud qaranlıqdan işığa çıxarkən qaralıb görməz hala düşmək. □ Günəşə baxdım, gözüm qamaşdı.
Azərbaycan dilinin izahlı lüğəti1. Qamçı ilə vurmaq. Döyəcləmək, vurmaq. □ Atları qamçılamaq.
2. Bərk tənqid etmək, ifşa etmək; eyib və nöqsanlarını açıb göstərərək tənqid etmək. □ Yazıçı öz əsərində köhnə həyatın mənfi cəhətlərini qamçılayır.
Həmçinin bax: