Daim qalmaqal salma xasiyyəti; davakarlıq.
Davalı, dava-dalaşlı, cəncəl. □ Qalmaqallı iş.
Ayağı rütubət və palçıqdan qorumaq üçün adətən çəkmə, tufli və s. üstündən geyilən rezin ayaqqabı. □ Örtülü qaloş. Uşaq qaloşu.
Həmçinin bax:
1. Mahuddan, keçədən, bezdən, yaxud dəmirdən və s.-dən hazırlanan baş örtüsü – papaq. □ Aşpaz qalpağı. Qaynaqçı qalpağı.
2. Müxtəlif şeylərin üstünə qoymaq üçün qapaq, örtü. □ Qoruyucu qalpaq.
Kiçik qalpaq.
1. Başına qalpaq qoymuş. □ Hər pillədə əlvan geyimli, xoruz qalpaqlı uzunsaqqallı bir qoca oturmuşdu. (Y.V.Çəmənzəminli).
2. Üstündə örtüsü, qapağı olan.
Köynəyin üstündən boyuna bağlanan enli lent; boyunbağı. □ Qalstuk bağlamaq. İpək qalstuk.
Boynuna qalstuk bağlamış. □ Məktəb həyəti yüzlərlə əli portfelli, boğazı qalstuklu oğlan-qızla dolmuşdu. ( Mir Cəlal).
1. Yəhərin ağacdan olan hissəsi.
2. Arabaya qoşulan heyvanın belinə qoyulan qoşqu aləti.
Qaltaq düzəldən usta.
Bax: qaltaqlamaq.
Heyvanın dalına qaltaq qoymaq, qaltaq bağlamaq.
Bax: qaltaqlanmaq.
Heyvanın dalına qaltaq qoyulmaq, qaltaq bağlanmaq.
Adətən “qalü bəladan” şəklində – lap əvvəldən, lap əzəldən, köhnə zamandan. □ Gözəl yaranıbsan qalü bəladan; Yanağın göyçəkdir güldən, lalədən. ( Aşıq Ələsgər).