1. Yamaq (ayaqqabıda).
2. Döyənək.
Həmçinin bax:
1. Üst-başına, təmizliyə, səliqə-sahmana fikir verməyən; əyin-paltarı, ya bədəni kirli, pasaqlı. □ Pinti uşaq. Qış getsə, gəlsə yaz; Pinti qız üzünü yumaz. (Atalar sözü).
2. İsim kimi: üst-başına, təmizliyə, səliqə-sahmana fikir verməyən; əyin-paltarı, ya bədəni kirli, pasaqlı adam. □ Pintilər sırasına; Yazıldı onun adı. (M.Dilbazi).
3. Məcazi mənada: səliqəsiz; təmiz iş görməyən.
Azərbaycan dilinin izahlı lüğəti