Çörəyin üzərinə naxış salmaq üçün alət.
Bax: pəncələmək.
Pəncəsi ilə qapıb götürmək. □ Plovu pəncələmək.
Bax: pəncələşmək.
Çarpışmaq, vuruşmaq, mübarizə aparmaq. □ Ölümlə pəncələşmək. Gecə ilə gündüz pəncələşir. (M.S.Ordubadi).
Üzərində pəncə şəklində gülləri, naxışları olan. □ Pəncə-pəncə parça.
1. İşıq və hava gəlmək üçün evin və s. divarında açılan deşik və həmin deşiyi qapayan şüşəli çərçivə. □ Pəncərəni açmaq. Pəncərəyə şüşə salmaq.
2. Mühazirələr, dərslər arasında boş qalan vaxt; fasilə. □ Pəncərədə bikar qalmaq.
Həmçinin bax:
Pəncərənin alt tərəfinə vurulan taxta. □ Pəncərəaltını yonmaq.
1. Pəncərəsi olan. □ Bu, qaya içində salınmış,... kiçikcə pəncərəli, bir qapıcığazlı daxma idi. (Ə.Əbülhəsən).
2. Pəncərəsi olan; fasiləli. □ Pəncərəli dərs cədvəli.
Pəncərəsi olmayan. □ Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız komalar. (C.Cabbarlı).
Pəncərənin üst tərəfinə vurulan taxta və ya qoyulan iri daş. □ Pəncərəüstünü yonmaq.
Zoologiya. Üzgəcləri pəncə şəklində olan heyvanlar fəsiləsi.
Cümə axşamı. □ Molla Xəlil həftənin pəncşənbə və cümə günlərini məsciddə oxuyacağını bildirmişdi. (S.Hüseyn).
Klassik ədəbiyyatda nəsihət mənasında işlənmişdir. □ Mürşidin pəndini eyicə saxla; Damardan, ilikdən, qandan içəri. (Ş.İ.Xətai).
1. Çörək.
2. Qırıntı, ovuntu. □ Çörək pəpəsi.