1. Klassik ədəbiyyatda qədəh, piyalə mənalarında işlənmişdir. □ Sındırma qəlbini peymanə kimi. (M.Rahim).
2. Məcazi mənada: klassik ədəbiyyatda çaxır, şərab mənalarında işlənmişdir. □ Təğafül etməsin, işrət çağıdır; İçilir hər yerdə peymanə, gəlsin. (Q.Zakir).
Azərbaycan dilinin izahlı lüğəti1. Botanika. Müəyyən xüsusiyyət vermək üçün bir bitki gözcük və ya saplağının başqa bitkiyə calanması; qələm, calaq.
2. Tibb. Hər hansı bir xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək məqsədilə bədənə vaksin yeritmə. □ Qızılcaya qarşı peyvənd.
3. Məcazi mənada: bitişmə, calanma. □ Bir şişə ki, oldu parə-parə; Peyvəndinə varmı hiç çarə ? (M.Füzuli).
Azərbaycan dilinin izahlı lüğəti1. Çox güclü adam; qəhrəman, igid. □ Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. (M.S.Ordubadi).
2. İdman. Güləşmə ilə məşğul olan idmançı; güləşçi. □ İkincidərəcəli pəhləvan.
Həmçinin bax: