1. Astronomiya. Planetlərin Günəş ətrafında fırlanmasını xatırladan astronomik hadisə; duman kimi görünən ulduz topası. □ Planetar dumanlıq.
2. Məcazi mənada: miqyasca böyük olan hadisə; bir problemə geniş ölçülərlə yanaşma. □ Planetar düşüncə.
Həmçinin bax:
1. Üzərində iri çertyoj kağızlarını işləmək üçün dördbucaq taxta lövhə. □ Çertyoj planşeti.
2. Geodezik planaalma nəticəsində tərtib olunmuş plan. □ Sahənin planşeti.
3. Xəritə qoymaq üçün şəffaf yastı çanta. □ Xəritəni planşetə qoymaq.
4. Kiçikölçülü, çoxfunksiyalı, notbuk və netbukdan fərqli olaraq qatlanmayan kompüter. □ Planşeti açmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Hərbi. Hərbi əməliyyatların hazırlanması və genişləndirilməsi üçün seçilmiş ərazi. □ Hərbi plasdarm.
2. Hərbi. Bir dövlətin ərazisini başqa dövlətə hücum üçün meydana çevirmək, oraya canlı qüvvə və hərbi texnika yerləşdirmək. □ Plasdarm yaratmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. İncəsənət. Heykəltəraşlıq sənəti; əsərləri. □ Antik plastika. Plastika məktəbi.
2. Hərəkətin rəvanlıq, ifadəliliklə səciyyələnən gözəlliyi, ahəngdarlığı; bədənlə incə ritmik hərəkətlər göstərmə məharəti. □ Hərəkətin plastikası.
Azərbaycan dilinin izahlı lüğəti1. Dəmiryol stansiyasında qatarlara minib-düşmək, yük vurmaq və s. üçün hündür səki, meydança. □ Qatar platforması.
2. Kiçik dəmiryol stansiyası; yarımstansiya.
3. Alçaq bortlu üstüaçıq yük vaqonu. □ Təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. (Ə.Sadıq).
4. Hər hansı partiya, qrup və ya ayrı-ayrı şəxslərin siyasi proqramı. □ Seçki platforması.
5. Geologiya. Yer qabığını təşkil edən və zəif tektonik hərəkətə, böyük sahədə nisbətən yastı relyefə malik əsas dərinlik strukturlarından biri.
Həmçinin bax:
1. Biologiya. Qanın, limfanın maye tərkib hissəsi. □ Qan plazması.
2. Fizika. Müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral (və ya qismən ionlaşma halında olan) atomlardan təşkil edilmiş və elektrik cəhətdən neytral olan sistem. □ Yüksək temperaturlu plazma.
3. İnformatika. Təsvirin ekrana verilməsi məqsədilə iki nazik lövhə arasında xüsusi qaz yerləşdirilən monitor. □ Plazma ekran.
Azərbaycan dilinin izahlı lüğəti1. Tarix. Qədim Romada əhalinin qul olmayan, amma aşağı təbəqəli kasıb hissəsi. □ Plebey üsyanı.
2. Məcazi mənada: yüksək cəmiyyətlərdə əsilzadə olmayanlara verilən istehzalı ad, əsli-kökü olmayan adam. □ Plebey davranışı.
Azərbaycan dilinin izahlı lüğətiBir dövrün görkəmli adamlarının bütöv bir nəsli; bir cərəyana məxsus ən görkəmli xadimlər qrupu. □ Şairlər pleyadası.
Azərbaycan dilinin izahlı lüğəti1. Tarix. Qədim Romada sirkdə mötəbər tamaşaçıların oturması üçün hündür yerlər. □ Podiumda əyləşmək.
2. Tarix. Qədim romalıların sərdabələrində meyitin külü tökülmüş qabları qoymaq üçün yer.
3. Səhnənin pərdə ilə ayrılan ön hissəsi. □ Podiuma dəvət etmək.
4. Amfiteatr boyunca balkon.
5. Heykəltaraş və rəssamların işləməsi üçün uca yer.
6. Modelyerlərin son geyim dəbini nümayiş etdirməsi üçün uzunluğu 30-100 metr olan xüsusi quraşdırılmış nisbətən hündür, ensiz, açıq səhnə. □ Podiuma çıxmaq.
Azərbaycan dilinin izahlı lüğəti