1. Alovla yanan od. □ Qaranlıqda od-alov görünür.
2. Sifət kimi məcazi mənada: zirək, diribaş, çevik, bir yerdə qərar tapmayan, nadinc (əsasən uşaq haqqında). □ Evin balaca qızı Ulduz isə anasının təbirinə görə od-alov idi. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: qırmızı. □ Bayraqlar yellənir od-alov rəngli. (R.Rza).
See also:
1. Od vurub yandırmaq, yanğın törətmək; alışdırmaq, yandırmaq. □ Ocağı odlamaq. Tonqalı odlamaq.
2. Məcazi mənada: odlu silahla öldürmək, ya yaralamaq. □ ...danışma, yaz, yoxsa odlaram səni! (Ü.Hacıbəyov).
3. Məcazi mənada: bərk hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxartmaq. □ Qapıçıların sözləri Talış xanı odlayırdı. (Y.V.Çəmənzəminli).