1. Ala-qaranlıq, səhər tez- dən, hava açılmamış. □ Obaşdan oyanmaq. Mən aşiq, başdan ağlar; Kirpikdən, qaşdan ağlar; Oğlu ölən analar; Durar obaşdan ağlar. (Bayatı).
2. Orucluqda hava açılmamışdan, alaqaranlıqda dindar müsəlmanların yemək yedikləri vaxt. □ Orucluqda bir axşamdan, bir də obaşdandan yeyərdilər ki, bütüngünü ac qalmağa imkan olsun. (H.Sarabski).
Obyektin insan şüurunda obyektiv inikas forması; surət.
Həmçinin bax:
1. Şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olan. □ Təbiətin obyektiv qanunları.
2. Qərəzsiz, tərəf tutmayan, bitərəf. □ Obyektiv nəticə. Hadisələrə verilən obyektiv qiymət.
Optik cihazın, baxılan və ya fotoşəkli çəkilən şeyə yönəldilmiş bir və ya bir neçə linzadan ibarət hissəsi. □ Fotoaparatın obyektivi. Mikroskopun obyektivi.
Azərbaycan dilinin izahlı lüğəti