Güvədən qorumaq üçün naftalin səpilmək, naftalin tökülmək. □ Xalçalar naftalinlənib.
Naftalin səpilmiş, naftalin tökülmüş, naftalinə qoyulmuş. □ Naftalinli palto.
Kimya. Naftalindən alınan və boya rəngləyici maddəsi kimi istifadə edilən kimyəvi birləşmə.
Qəfildən, birdən, gözlənilmədən, xəbərsiz, ansızın. □ Nagah gözəl bir quş uçub gəldi sədayə; Guya dedi; səbir eylə, a Səhhət, bu bəlayə. (A.Səhhət)
1. Gözlənilməyən, gözlənilməz, naqafil. □ ...Hələ ömrümdə belə nagahan şey görməmişəm. (S.Rəhimov). 2. Zərf kimi: gözlənmədən, birdən-birə, qəfildən, xəbərsiz. □ Nagahan küçədə ucaldı səda; Vur-haray düşdü, qopdu bir qovğa. (M.Ə.Sabir).
Bax: nagahdan.
1. Gözlənilməyən, gözlənilməz, naqafil. □ Nagahani dərd. 2. Zərf kimi: gözlənilməyən, gözlənilməz, naqafil. □ Yenə də axırıncı sözlər ağzından nagahani çıxdı. (B.Bayramov).
Gözlənilməzlik, naqafillik, ansızlıq.
Gözlənmədən, qəfildən, bilmədən, təsadüfən, birdən. □ Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! (M.P.Vaqif).
Gümanı olmayan, inanmayan, ümidsiz. □ Nagümanam mən bu dərddən sağalım; Təbib birdir, dərd min birdir, yarə yüz. (Aşıq Qurbani).
Gümansızlıq, inamsızlıq, ümidsizlik.
1. Arxaizm. Qeyri-düzgün; zor, ağır, çətin. □ ...ona ər demək nagüvara və naxoş görünürdü. (C.Məmmədquluzadə). 2. Arxaizm. Sifət kimi: qeyri-düzgün; zor, ağır, çətin.
Musiqi. Hər iki üzünə dəri çəkilmiş silindrik gövdəli zərb musiqi aləti. □ Nağara çalmaq.
Həmçinin bax:
Nağara çalan çalğıçı. □ Qız uşağını öz başına qoysan ya aşığa gedər, ya nağaraçıya. (N.Vəzirov).
Bax: nağaraçalan.