1. Nizama salan, qoyulmuş nizamı, qaydanı həyata keçirən. □ Nizamlayıcı polis nəfərinin budkası və işıq fənərlərinin sütunları qoyulur.
2. Elektrotexnika. Mexanizmin düzgün işləməsini avtomatik surətdə təmin edən qurğu. □ Nizamlayıcı boru.
1. Hər hansı bir şeyin icrası və tətbiqi üçün müəyyən üsul və qaydalar; qanun, qərar, əmrnamə. □ Nizamnamə üzrə hərəkət etmək.
2. Hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusu; əsasnamə. □ Partiya nizamnaməsi.
Həmçinin bax:
1. Səliqəsiz, qaydasız, qarma-qarışıq. □ Nizamsız ev.
2. Zərf kimi: səliqəsiz, qaydasız, qarma-qarışıq. □ Elə həmən gün Ülkər; Açaraq dolabları; Töküb yerə nizamsız; Düzülmüş kitabları. (B.Vahabzadə).
3. Pərakəndə, dağınıq, qeyri-müntəzəm. □ Nizamsız qoşun.
4. Zərf kimi: pərakəndə, dağınıq, qeyri-müntəzəm. □ İraq və Bağdad qoşunu bütün qərargahını .. buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti1. Tərtibsizlik, qaydasızlıq, səliqəsizlik, qarışıqlıq, dağınıqlıq. □ Səltənət dərsə gedəndən sonra bəzən evdə nizamsızlıq olurdu. (Mir Cəlal).
2. Qayda-qanunsuzluq, hərc-mərclik, qarma-qarışıqlıq, intizamsızlıq. □ Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. (N.Nərimanov).
3. Qanun və nizama zidd hərəkət.
1. Tərtibsizlik, qaydasızlıq, səliqəsizlik, qarışıqlıq, dağınıqlıq. □ Səltənət dərsə gedəndən sonra bəzən evdə nizamsızlıq olurdu. (Mir Cəlal).
2. Qayda-qanunsuzluq, hərc-mərclik, qarmaqarışıqlıq, intizamsızlıq. □ Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. (N.Nərimanov).
3. Qanun və nizama zidd hərəkət.