1. Tarix. Böyük bir şəxsin yerini dolandıran şəxs; vəkil, canişin. □ Padşahın naibi.
2. Yerli inzibati idarə rəisi, kənd icması başçısı. □ Nahiyə naibi. Qəza naibi. Şəhər naibi.
3. Köməkçi, əlaltı. □ Hatəm xan nökər, naiblə birlikdə atlanıb, Yədulla xanın malikanəsinə üz qoydular. (S.Rəhimov).
Bax: kamsız.
Həmçinin bax:
1. Şərəfsiz, yaramaz, alçaq, rəzil. □ Nakəs adam danışıqnan saz olu; Kərəmdən kəm, səxavətdən az olu. (Aşıq Ələsgər).
2. İsim kimi: şərəfsiz, yaramaz, alçaq, rəzil adam. □ Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. (M.V.Vidadi).