Bax: maarifləndirmək.
See also:
Maarif, elm, bilik, mədəniyyət vermək; savadlaşdırmaq. □ Xalqı maarifləndirmək.
Bax: maariflənmək.
Elmli olmaq, bilik qazanmaq, mədəniləşmək, savadlanmaq.
Xalq arasında maarifi, mədəniyyəti, bilikləri yayan, xalqı savadlaşdıran.
Maarifi yayma, maarif tərəfdarı olma; maarifpərvərlik.
Əmək, iş əvəzində alınan pul, haqq; aylıq, donluq, məvacib. □ Maaş almaq. Maaş cədvəli.
1. Maaş alan, maaşla olan; donluqlu, məvacibli. □ Maaşlı iş. 2. Məcazi mənada: maaşı çox olan, yaxşı maaş verilən, əmək haqqı böyük olan. □ Maaşlı vəzifə.
Arxaizm. Bir məbləğin, bir hesabın qalığı, qalan hissəsi. □ Axtar, gör bir üç manat tapa bilərsənmi? Mabaqisi sonra da çata bilər. (N.Vəzirov).
Arxaizm. Ara, aralıq; orta, ortalıq. □ Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. (F.Köçərli).
Arxaizm. Ard, dal, davam. □ Bir gecəlik söhbətin min gecə mabədi var. (Atalar sözü).
Kotan dəstəsi. □ Qara kəlim qarğıyar; Kotan macı tutana. (Bayatı).
Arxaizm. Yarımay, hilal.
İmkan, fürsət, vaxt. □ Macalı olmamaq. Macal tapmaq.