1. Nümunə, ölçü, parametr; ümumi sistemə tətbiq etmək üçün hazırlanmış nümunə, model. □ Fənn modulu.
2. Dəqiq və texniki elmlərdə bir sıra kəmiyyət və əmsalların adı. □ Elastiklik modulu.
3. Kosmik gəminin müstəqil uçuşlar həyata keçirmək imkanına malik əlavə hissəsi.
Həmçinin bax:
1. Elektron qurğular (kompüter, televizor, telekamera) vasitəsilə yaradılan təsviri əks etdirən ekran; displey. □ Monitora baxmaq.
2. Pedaqogika. Orta və ali məktəblərdə sinif başçısı, sinif nümayəndəsi, qrup başçısı.
3. Hərbi. Zirehli döyüş gəmilərinin ilk tiplərindən biri.
Azərbaycan dilinin izahlı lüğətiMüəyyən proseslərin dinamikasını, qaydalara (standartlara) uyğunluğunu öyrənmək və qeydə almaq məqsədilə həyata keçirilən davamlı, sistemli müşahidə. □ Monitorinq dəqiq müəyyən edilmiş metodika (müşahidə, müqayisə, sorğu və s.) və konkret meyarlar əsasında gerçəkləşdirilir.
Həmçinin bax:
1. İqtisadiyyat. Hər hansı bir əmtəənin istehsalının və ya satışının bir əldə cəmləşməsi; inhisar. □ Monopoliya yaratmaq.
2. İqtisadiyyat. İstehsal və kapitalın cəmləşməsi əsasında yaranan iri sənaye-ticarət birliyi. □ Sənaye monopoliyası.
Həmçinin bax:
Müəyyən öhdəliklərin yerinə yetirilməsi zamanı fasilə; fövqəladə hallarla əlaqədar dövlət tərəfindən hər hansı fəaliyyətin dayandırılması. □ Beynəlxalq qurumlar tərəfindən hər hansı ölkədə hərbi texnikanın, təhlükəli silahların istehsalı və sınaqları ilə bağlı işlərin, hərbi əməliyyatların müvəqqəti dayandırılması da moratorium adlanır.
Azərbaycan dilinin izahlı lüğəti