Miqdar (pul haqqında). □ Pulun məbləği.
İbadət, sitayiş edilən şey (Allah, büt, ay, gün, ulduz və s.). □ Məbudinə ərz qıldı razın; Bildirdi könüldəki niyazın. (M.Füzuli).
Ədəbiyyatşünaslıq. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya oxşadılaraq işlənən söz və ya ifadə; metafor. □ Şeirdə işlədilən məcazlar. Yazıçı məcazları çox işlədir.
Ədəbiyyatşünaslıq. Həqiqi, hərfi mənada deyil, metaforik mənada işlənən; metaforik. □ Məcazi məna.
Həmçinin bax:
Məcazi mənada işlənmə, məcazi olma. □ Mənanın məcaziliyi.
Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar.
1. Məcbur olaraq, məcburiyyət altında, zorla, könülsüz olaraq. □ Məcburən iş görmək. 2. Mütləq, necə olursa olsun. □ Sabah məcburən gəlməlisən.
Şərtsiz olaraq yerinə yetirilməli, qanunən tələb olunan. □ Məcburi şərtlər. Qərar hamı üçün məcburidir. Məcburi surətdə.
Məcburluq, məcbur olma, zor, güc. □ Evlənmək istəyən bir qədər peşkəş özü ilə gətirib, bəyin qulluğuna gedib ondan izin almaq məcburiyyətində idi. (Ə.Haqverdiyev).
Bax: məcburiyyət.
Məccani olaraq; pulsuz, müftə (olaraq).
Müftə, pulsuz, havayı. □ Məccani bilet. Məccani tamaşa.
1. Hüququn hər hansı bir sahəsinə aid sistemə salınmış qanunlar toplusu. □ Mülki məcəllə. Cinayət məcəlləsi. Səhiyyə qanunları məcəlləsi. 2. Arxaizm. Məcmuə, kitab, risalə. □ Mən bir ruznamə və ya məcəllə çıxarılmasını istəyirəm. (P.Makulu).
1. Bilinməyən, naməlum. □ Hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı. (S.Hüseyn). 2. Riyaziyyat. Məlum olmayan, axtarılan. □ Məchul kəmiyyət.
Riyaziyyat. Məlum olmayan, axtarılan. □ Məchullu tənlik.