Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

meydan [meydan] isim fars

1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. □ Bakıda Azneft meydanı.
2. Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. □ Dağın o tərəfi böyük meydandır.
3. Bir işin icrası üçün geniş sahə, yer. □ Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı.
4. Obrazlı təşbehlərdə “geniş”, “enli” mənasında. □ Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. (Ə.Əlibəyli).
5. Yerlik halda meydanda – ortada, arada, aralıqda. □ Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur.
6. Yönlük halda meydana – ortaya, araya, aralığa. □ Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. (C.Məmmədquluzadə).
7. Məcazi mənada: fürsət, imkan; əlverişli şərait. □ Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? (M.Ə.Sabir).

Həmçinin bax:

frazeologizm: bu, meydan, bu da şeytan frazeologizm: Əli meydanına çıxmaq frazeologizm: meydan açmaq frazeologizm: meydan qızışmaq frazeologizm: meydan qurmaq frazeologizm: meydan oxumaq frazeologizm: meydan sulamaq frazeologizm: meydan vermək frazeologizm: meydana atılmaq frazeologizm: meydana çıxarmaq frazeologizm: meydana gəlmək frazeologizm: meydandan qaçmaq frazeologizm: meydanı boş görmək frazeologizm: meydanı daralmaq Azərbaycan dilinin izahlı lüğəti