Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

militarizasiya [militarizasiya] isim fr. militarisme < lat. militaris – hərbi

Hərbi qüvvənin gücləndirilməsinə yönəlmiş siyasət; müharibəyə hazırlıq məqsədilə hərbi gücün intensiv artırılması. □ Militarizasiya siyasəti.

Azərbaycan dilinin izahlı lüğəti

mimika [mimik'a] isim yun. mimikos – təqlid

Üz əzələləri vasitəsilə insan ovqatının ifadə olunması. □ Sevinc mimikası.

Azərbaycan dilinin izahlı lüğəti

mimikriya [mimik'riya] isim ing. mimicry – oxşatmaq, yamsılamaq

1. Zoologiya. Bəzi canlıların müdafiə məqsədilə özlərini forma, yaxud rəng baxımından digər canlılara və ya ətraf mühitdəki əşyalara oxşatması. □ Təbiətdə mimikriyanın ən bariz nümunəsi buqələmundur.

2. Məcazi mənada: kiminsə müqavimət göstərmədən mühitə, şəraitə uyğunlaşması. □ Mimikriya xüsusiyyəti.

Azərbaycan dilinin izahlı lüğəti

minimum [minimum] sifət lat. minimum – ən az

1. Ən az, ən aşağı, ən kiçik. □ Minimum tələblər.

2. İsim kimi: hər hansı bir sahədə lazım olan bilik və ya tədbirlərin məcmusu. □ Texniki minimum. Namizədlik minimumu.

Həmçinin bax:

coğrafiya: Aleut minimumu coğrafiya: Cənubi Amerika minimumu coğrafiya: Cənubi Asiya minimumu coğrafiya: İslandiya minimumu coğrafiya: mütləq minimum coğrafiya: Şimali Atlantika minimumu Azərbaycan dilinin izahlı lüğəti

miraj [miraj] isim fr. mirage – ilğım

Xəyal, ilğım; üfüqdə cismin və ya göyün bir hissəsinin xəyali görüntüsü. □ Miraj daha çox düzənlik, səhra və dənizdə müşahidə olunan optik hadisədir.

Azərbaycan dilinin izahlı lüğəti

missiya [missiya] isim pol. misja < lat. missio < mittere – göndərmək

1. Müəyyən məqsədə xidmət göstərən fəaliyyət; məsuliyyətli vəzifə, rol, yüksək təyinat. □ Üzərinə missiya götürmək.

2. İcrası zəruri olan xüsusi tapşırıq. □ Xüsusi missiya.

3. Xüsusi məqsədlərlə hər hansı ölkəyə göndərilən diplomatik nümayəndə heyəti. □ Diplomatik missiya.

Həmçinin bax:

jurnalistika: jurnalistikanın missiyası Azərbaycan dilinin izahlı lüğəti

missioner [missiyaner] isim fr. missionnaire < lat. missio – göndərmə, yollama, tapşırıq

İlahiyyat. Başqa dinlərə ibadət edənlər arasında xristianlığı yaymaq məsədi ilə göndərilən təbliğatçı. □ Missioner fəaliyyəti.

Azərbaycan dilinin izahlı lüğəti

mistifikasiya [mistifik'asiya] isim ing. mystification – yalan < yun. mysteshərf. sirlərə həsr olunan

Bilərəkdən aldatma, çaşqınlıq yaratma, fırıldaq; uydurma, yalan. □ Mistifikasiya cəhdi.

Azərbaycan dilinin izahlı lüğəti

mistika [mistik'a] isim yun. mystika – sirli mərasim, gizlinlik

1. Fövqəlqüvvəyə, ilahi varlığa inam; insanın yerdənkənar dünyanın fövqəlqüvvələri ilə ünsiyyətinin mümkünlüyünə inam. □ Mistikaya qapılmaq.

2. Məcazi mənada: müəmmalı, sirli olan, anlaşılmaz bir şey. □ Mistik yanaşma.

Azərbaycan dilinin izahlı lüğəti

mitinq [mitink'] isim ing. meeting – toplantı, görüş

Çıxışlarla müşayiət olunan kütləvi dəstək, yaxud etiraz forması. □ Mitinq cəmiyyətin müxtəlif problemlərini müzakirə etmək, hansısa hadisəyə, prosesə, şəxsə etiraz bildirmək, yaxud onları dəstəkləmək üçün təşkil olunan kütləvi toplantıdır.

Azərbaycan dilinin izahlı lüğəti

mizantrop [mizantrop] isim fr. misanthrope < yun. misantropos – misco – zəhləm gedir + anthropos – insan

İnsanlara nifrət edən, onlardan kənar gəzən adam. □ Mizantrop davranışı.

Azərbaycan dilinin izahlı lüğəti

mizer [mizer] sifət pol. mizerny < lat. miser – kasıb

Çox az, cüzi, hədsiz kiçik ölçüdə olan, çox xırda. □ Mizer dərəcə.

Azərbaycan dilinin izahlı lüğəti

mobil [mabil] sifət fr. mobile < lat. mobilis – hərəki, hərəkət

1. Cəld, çevik, hərəkətli; sürətli manevr qabiliyyəti olan. □ Mobil ordu.

2. Maşına, mühərrikə aid mürəkkəb sözlərin tərkib hissəsi; məs.: avtomobil.

Həmçinin bax:

jurnalistika: mobil rabitə jurnalistika: mobil telefon Azərbaycan dilinin izahlı lüğəti

mobilizasiya [mabilizasiya] isim fr. mobilisation < lat. mobilis – hərəkətli

1. Hərbi. Silahlı qüvvələrin sülh şəraitindən tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi; müharibə vaxtı ümumi səfərbərlik. □ Hərbi mobilizasiya.

2. Hansısa vacib tapşırığı yerinə yetirmək üçün kiminsə və ya nəyinsə tam hazır vəziyyətə gətirilməsi. □ Mobilizasiya tədbirləri.

Azərbaycan dilinin izahlı lüğəti

model [madel] isim fr. modello < lat. modulus – ölçü

1. Nümunə olan, nüsxə; kütləvi istehsal üçün nəzərdə tutulmuş məhsulun nümunəsi. □ Avtomobil modeli.

2. Nəyinsə kiçildilmiş maketi, sxemi. □ Binanın modeli.

3. Moda göstərən, maneken. □ Modelin podiuma çıxışı.

Azərbaycan dilinin izahlı lüğəti